Haqqımızda

Ədəbiyyatsevər dostlar olaraq uzun müddətdir Azərbaycan ədəbi mühiti üçün faydalı bir iş görmək haqda fikirləşirdik. Nəhayət, belə qərara gəldik ki, yeni bir sayt açaq və bütün ədəbiyyatsevərləri bu ədəbi mühitə dəvət edək. Sənət, xüsusən də ədəbiyyat səmanın hüdudsuzluğu qədər azad, göyqurşağı kimi rəngarəngdir. Bunları düşünərək qarşımıza bir neçə hədəflər qoyduq.

Özümüzə söz verdik ki;

  1. Daima dəyərli ədəbiyyat və incəsənət axtarışında olaq,
  2. Ədəbiyyat və incəsənət nümunələrini hamıya çatdırmağa çalışaq,
  3. Dilimizin zənginləşməsinə, ifadə imkanlarının artmasına öz töhfəmizi verək,
  4. Oxucularmızı dünya ədəbiyyatının və incəsənətin gözəl nümunələri ilə, müasir ədəbi cərəyanlarla mütəmadi şəkildə tanış edək.

Üstəlik, özümüzə bunları qadağan etdik;

  1. Hər hansı şəxsə, fikrə, millətə, inanca, irqə, cinsə həqarət etməyi, bu səpkidə əsərlərə yer verməyi,
  2. Söz və fikir azadlığına məhdudiyyət qoymağı,
  3. Müəllif hüquqlarına riayət etməməyi,
  4. Ümumibəşəri dəyərlərə xəyanət etməyi.

Bu gözəl təşəbbüsə qoşulmaq istəsəniz, “Yaz, göndər” bölməsindən yazılarınızı, təklif və iradlarınızı bizə bildirə bilərsiniz.