Təmizlik işçilərinin qurduğu kitabxana

Hazırlayan: Mustafa Ruşan

temizlik-ishcilerinin-qurdugu-kitabxana

Türkiyənin paytaxtı Ankarada təmizlik işçiləri ödənişsiz kitabxana qurmaq üçün tullantı kitablardan istifadə edirlər.  Bu şəkildə toplanan kitablarla qurulan kitabxanada halhazırda 6000-ə yaxın kitab istifadəyə verilib.

Əvvəllər tullanan kitablardan işçilər özləri və ailləri istifadə edirmiş. Daha sonra bundan xəbər tutan insanlar könüllü şəkildə kitabxanaya kitab bağışlamağa başlayıblar. Və beləcə hamının istifadəsinə açılan böyük bir kitabxana ərsəyə gəlib.

Dövlətin də dəstəyi ilə kitab 2017-ci ilin sentyabr ayında istifadəyə açılıb. Kitabxanı üçün seçilən məkan isə köhnə bir kərpic fakbrikidir. Kitabxanada uşaq ədəbiyyatı ilə yanaşı, ingiliscə və fransıca kitablar da tapmaq mümkündür. Məkanın həm də xüsusi bir istirahət zalı var, oxucular burada istirahət edib şahmat oynaya bilirlər.

 

 

 

0