YUĞ Dövlət Teatrında yeni tamaşa hazırlanır.

yug-dovlet-teatrinda-yeni-tamasha-hazirlanir

YUĞ Dövlət Teatrında Anton Çexovun “Təklif” birpərdəli vodevili əsasında yeni tamaşa hazırlanır.

Teatrdan verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımov, rejissor assistenti Sabir Məmmədovdur.

Tamaşada əməkdar artistlər Vidadi Həsənov, Elxan Yunis, aktyorlar Mətanət Abbasova, Zümrüd Qasımova, Elgün Həmidov və Hikmət Rəhimov çıxış edirlər.

Tamaşanın premyerası mart ayına nəzərdə tutulub.

/Apa.az/

0