“Gülün adı” seriala çevrilir

Fabula.az

gulun-adi-seriala-cevrilir

İtaliyada Umberto Ekonun “Gülün adı” romanı əsasında serial çəkilişinə start verilib. Xatırladaq ki, roman əsasında 1986-cı ildə də uzunmetrajlı film çəkilmişdi. Verilən məlumatlara görə serialın çəkilişinə 26 milyon avro pul ayrılıb.

İngilis fransiskanı Vilhelm Baskervilin rolunda aktyor Con Turturro (John Turturro) oynayacaq. İnkvizitor Bernard Qinin roluna isə Everett Ruppert (Rupert James Hector Everett) dəvət olunub.

Everett Ruppert (Rupert James Hector Everett)

Çəkilişlərin iki ay davam edəcəyi nəzərdə tutulub. Halhazırda çəkilişlər Romada Çiniçitta studiyasında aparılır. Serialın 2019-cu ildə ekranlara çıxması gözlənilir.

Xatırladaq ki, 1986-cı ildə çəkilən uzunmetrajlı filmin baş rollarında Sin Koneri Turturro (Sean Connery)  və Marrey Abraham (Murray Abraham) çəkilmişdi.   

 Con Turturro (John Turturro)

 

0




daha çox