Stiven Kinqin “Doktor Yuxu” romanı ekranlaşdırılır

Fabula.az

stiven-kinqin-doktor-yuxu-romani-ekranlashdirilir

Uorner Bros (Warner Bros) studiası Stiven Kinqin “Parıltı” (“The Shining") romanının ardı olan "Doktor Yuxu"  ("Dr. Sleep") adlı əsərini ekranlaşdırmağa hazırlaşır. Filmin rejisoru Mayk Fleneqandır (Mike Flanagan).

Mayk Fleneqan (Mike Flanagan)

Fleneqan horror janrında çəkilmiş bir çox uğurlu filmin rejisorudur. "Okulus" ("Oculus"), "Uici: şərin mənşəyi" ("Ouija: Origin of Evil"), "Ceraldın oyunu" ("Gerald's Game") bu filmlərdən bir neçəsidir.

Romanın qəhrəmanı yazar-qatil Cek Torrensin oğlu Deniel Torrensdir. O Nyu-Yorkun bir qəsəbəsində yaşayır və yerli hospisdə çalışır. Qəhrəman illər öncə aldığı travmadan əziyyət çəkir. Xüsusi qabiliyyəti ilə ölüm ayağında olan insanların əzab-əziyyət çəkmədən dünyadan köçməsinə kömək edir.   

 

Hazırladı: Mustafa Ruşan

0