Cəmşidin şeirləri

Cəmşid Rzaquliyev

cemshidin-sheirleri

Gündüzlərin üzgünlüyü,
Gecələrin kədəri,
Döyülməyən qapı,
Yağmayan yağış,
Gəlməyən sən.
Bir zaman leysanda gəlmişdin
Ad günü hədiyyələri qucağında...

 

 

Danışıb-danışıb dağılışdıq,
Ağlayıb-ağlayıb susduq,
Birləşə -birləşə ayrıldıq
Cənuba-şimala bölündük
Nə vətən bizə yar oldu,
Nə də biz ona övlad

 

 

 

Əlimdə sənin hədiyyə qələmin,
Düşüncələrimdə o gözəl siman
Qorxduğum bir şey var:

Bunca günün birində nişan və toy
Məmnun olmayacaqsan bilirəm.
Arzuların xəyalların itəcək mətbəxdə
Küsəcəksən hər şeydən.
Divanda oturan biri: “Az ordan çay gətir,” − deyəcək.
Dağılacaq dünyan və içindən bir səs gələcək
Dəyərdimi bu həyata ama gec olacaq.
Laqeyd olacaqsan hər şeyə
Qaçmaq yox olmaq istəyəcəksən.
Bacaracaqsan? çətin olar sənə.
İntihar etmək keçəcək ağlından bir anlıq
Ama kimsələrə görə edə bilməyəcəksən.
Sonunda zəncirlənmiş olduğunu biləcəksən

 

0