“Yandeks” kino sənayesinə addım atır

Fabula.az

yandeks-kino-senayesine-addim-atir

“Yandeks”in nəzdində kino və seriallara dəstək verən prodüser mərkəzi təsis edilib. Mərkəz şirkətin meadiaservis şöbəsinə daxildir.

"Yandeks"in mediaservis şöbəsi kino tamaşaçılarına xidmət edir: “Biz fimlər haqqında informasiya toplayır, xəbər və müsahibələrlə onları işıqlandırır, bilet satır, onlayn film göstərişini təmin edirik”, – deyir. "Yandeks" mediaservis şöbəsində inkişaf mərkəzinin rəhbəri Olqa Filipuk: “Halhazırda fəaliyyətlərimizi inkişaf etdirməklə məşğuluq – mediaservis şöbəsində öz prodüser mərkəzimizi qururuq. Mərkəz film sənayəsinə həm maliyə və ekspert, həm də "Yandeks"in texnologiyasından istifadə edərək müxtəlif janrda filmlərin inkişafına dəstək verəcəkdir." 

"Yandeks"in prodüser mərkəzinin Rusiya film sənayəsi ilə ilk təcrübəsi Serqey Lukyanenkonun (Сергей Лукьяненко) "Qaralama" ("Черновик") adlı romanı əsasında çəkilən filmdir. Filmin rejisoru "Sevastopol uğrunda döyüş"ün ("Битвы за Севастополь") rejisoru Serqey Moritskiydir (Сергей Мокрицкий).

 

Tərcümə etdi: Mustafa Ruşan

  

 

0




daha çox