Kristina Hannanın növbəti uğuru

Fabula.az

kristina-hannanin-novbeti-uguru

“Soni Ttistar Pikçers” (Sony TriStar Pictures) korporasiyası Kristin Hannanın (Kristin Hannah) "The Great Alone" romanının müəllif hüquqlarını satın alıb.

Şirkət yeni layihənin prodüseri olaraq Elizabet Kantilyon (Elizabeth Cantillon) və Laura Bisselveri (Laura Quicksilver) təyin edib. Bu iki xanım hal-hazırda Kristina Hannanın "Bülbül" romanını da ekranlaşdırır. Film 2019-cu ildə ekranlara çıxmağa hazırlaşır.

Kristin Hanna: ""Bülbül" əla filmdir! Çox gözəl qadın heyətimiz var: rejissor (Michelle MacLaren), ssenarist və studia rəhbəri – hamı qadındır! Ümid edirəm ki, II Dünya müharibəsindəki qadınların taleyini əks etdirən bu film çox uğurlu alınacaq."

"The Great Alone" romanında hadisələr 1974-cü ildə baş verir. Əsərin qəhrəmanı Vyetnamdan vətənə qayıdan keçmiş əsirdir. Yorğun, əldən düşmüş qəhrəman iş tapmaq üçün ailəsi ilə birlikdə Alyaskaya köçür.

 

Tərcümə etdi: Mustafa Ruşhan

 

0