Müəlliflər Müəllif Hüquqları Agentliyinə pul ödəyəcək

muellifler-muellif-huquqlari-agentliyine-pul-odeyecek

Nazirlər Kabineti "Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar tərəfindən Müəllif Hüquqları Agentliyinə ödəniləcək illik haqqın məbləği barədə" qərar verib.

Verilən məlumatına görə, qərara əsasən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hesabat ili ərzində müəlliflər və əlaqəli hüquq sahibləri üçün yığdıqları qonorarın 5  faizi həcmində  Müəllif Hüquqları Agentliyinə illik haqq ödəyəcəklər.

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara illik haqqın hər növbəti ilin aprel ayının 1-dək Müəllif Hüquqları Agentliyinin hesabına köçürülməsini təmin etmək tapşırılıb./Apa.az/

0




daha çox