Həftənin kitabı

fabula.az

heftenin-kitabi

Tolstoy kimi yazmaq

Nəhəng yazıçıların fikir dünyasına səyahət

Təcrübəli naşir və redaktor Riçard Koen yeni yazarların nəbzini tutmağı çox yaxşı bacarır. Kitabında süjet qurmaq, personaj obrazı və dialoq, təhkiyəçi, roman ritmi və ironiya, əsərin redaktəsi  kimi məsələlərə toxunur. Roman və plaqiatçılıq, romand və intim səhnələrin təsviri və s. məsələlərdən də yan keçmir. Yazıçı kitabda təkcə məsləhətlərə deyil, həm də görkəmli yazıçıların iş prinsilərinə də yer ayırıb. Oxucu kitabda Lev Tolstoy, Marsel Prust, İen Maqyuen, Culian Barns və digər nəhəng yazıçıların iş prinsipləri ilə tanış olmaqla yanaşı, həm də onlardan birbaşa yazıçılıq dərsləri alacaqlar.

Riçard Koenin kitabı təkcə roman yazma üzrə bələdçi deyil. Kitabda böyük yazarların həyatlarından epizodlara, başlarından keçən və əsərlərinə təsir edən hadisələrə, onlar haqqında uydurulan əfsanə və lətifələrə də geniş yer verilib. 

Kitab yazarlığa yeni qədəb qoyanlar, mütaliəni sevənlər üçün nəzərdə tutulmuşdur.

Orijinal adı: How to write like Tolstoy: A Journey into the Minds of Our Greatest Writers / Cohen Richard

Rus dilində bax: http://bit.ly/2nPkUoi

0




daha çox