Emil Zolanın kolleksiyası hərraca çıxarılır…

Elcan Salmanqızı

emil-zolanin-kolleksiyasi-herraca-cixarilir

XIX əsr Fransa ədəbiyyatında naturalist axının güclü imzalarından biri kimi tanınmış yazıçı Emil Zolanın çəkdiyi fotolardan ibarət kolleksiyası hərraca çıxarılır.

“Guardian”dan yayılan xəbərə görə, dostları arasında fotoqrafiyaya dərin marağı və həvəsi ilə tanınan Zolanın bu kolleksiyasında 1902-ci ildən, yəni ölümündən əvvəlki səkkiz il ərzində çəkdiyi xüsusi fotolar toplanıb. Həmin illərdə Emil Zola ədəbiyyatdan tamamilə uzaqlaşıb, sadəcə fotoqrafiya ilə məşğul olub. Bu sahəyə marağı sadəcə şəkil çəkməklə məhdudlaşmayıb. Belə ki, onun dövrün bahalı və yenilənən foto aparatlarından ibarət kolleksiyası da olub. Təkcə həmin səkkiz ildə, yəni bu kolleksiya üçün 10 fərqli aparatdan istifadə edib. Nisbətən əvvəlki dövrlərə aid şəkillər daha çox tanışlarının fotosu olsa da, sonrakılarda təbiət mənzərələri də yer alıb. Kolleksiya Emil Zolanın ailəsindən olan şəxslərə məxsus üç evin tavanarasından çıxan şəkillərdən toplanıb müəllifin nəvəsi Fransua Emil Zolaya məxsusdur. Bu dəyərli irs ona atası Cekdən qalıb. Zolanın foto aparatlarının, alətlərinin, albomlarının daxil olduğu kolleksiyasının 60000 (120000 manat – red.) avrodan başlayaraq, alıcı tapması gözlənilir.
Emil Zolanın bu sahəyə marağı 54 yaşından başlayıb. Hətta 1979-cu ildə çəkdiyi şəkillərdən ibarət kitab da çap olunub. Məlumat üçün onu da qeyd edək ki, dünyada ilk selfi ənənəsini tətbiq edənlərdən biri də Emil Zola idi.

Hazırladı: Elcan Salmanqızı

/Artkaspi.az/

0