Oruelldən yazıçılara məsləhətlər

Fabula.az

oruellden-yazicilara-meslehetler

Əsərlərində müasir dünyanı, hakimiyyətin fərdlər üzərindəki hökmranlığını təsvir edən və artıq çoxdan klassikə çevrilən "1984" romanın müəllifi Corc Orouellin "Siyasət və ingilis dili" adlı məqaləsindəki məsləhətlərə nəzər yetirək:  

"Diqqətli yazıçı hər cümlədə öz-özünə ən azı dörd sual verməlidir:

- Mən nə deməyə, nə çatdırmağa çalışıram?

- Hansı sözlərlə bu fikri daha gözəl ifadə edə bilərəm?

- Hansı təsvir və ifadələrlə fikrimi daha aydın çatdıra bilərəm?

- Seçdiyim təsvir orijinal və effektivdirmi?

İki vacib sual daha:

- Fikrimi daha qısa necə çatdıra bilərəm?

Xoşagəlməz ifadələrim var? Varsa, başqaları ilə əvəz edə bilərəm?

İnsan bəzən söz və ifadələrin effektivliyi barəsində tərəddüd keçirir və hissiyyatına etibar edə bilmir. Bu vaxt dəqiq qaydalara ehtiyac yaranır. Mənə elə gəlir, bu cür hallarda aşağıdakı maddələrə müraciət etmək lazımdır:

- Heç vaxt şablon metafor, təşbeh və deyimlərə müraciət etməyin.

- Qısa sözdən istifadə etmək imkanınız varsa, uzundan uzaq durun.

- Əgər çıxarılası söz varsa, gecikdirməyin, çıxarın.

- Xəbəri məchul deyil, məlum növ feilləri olan cümlələr qurun.

- Fikrinizi danışıq dildə çatdıra bilirsinizsə, heç vaxt başqa dillərin ifadələrindən, elmi terminlərdən və jarqonlardan istifadə etməyin.

- Qaydalara riayət edib "çeynənmiş" cəfəngiyyat yazmaqdansa, bu qaydalardan birinə riayət etməyə bilərsən." 

 

1946

Tərcümə etdi: Mustafa Ruşan

 

0