"Şantaram" seriala çevrilir

Fabula.az

quot-shantaram-quot-seriala-cevrilir

Anonimos Kontent (Anonymous Content) kompaniyası və Paramaunt studiyasının televiziya şöbəsi Qriqori Devid Robertsin (Gregory David Roberts) dünyaşöhrətli romanı olan "Şantaram"ın ("Shantaram") müəllif hüquqlarını satın alıb. Verilən məlumata görə, roman əsasında serial çəkiləcək.

Filmin icraçı prodüserləri Stiv Qolin (Steve Golin), Nikol Klemens (Nicole Klemens) və Andrea Barrondur (Andrea Barron).

Qreqori Devid Robertsin romanında hadisələr səksəninci illərdə keçir. Roman bioqrafik xarakterlidir. Boşandıqdan sonra valideynlik hüquqlarından məhrum olan Lindsey nakotikə qurşanır, soyğunluq edir və Avstraliya məhkəməsi tərəfindən 19 illik həbsə məhkum edilir. İki ildən sonra Lin həbs qaçır, Bombeyə gedir, orada saxta pullar hazırlamaq, qaçaqçılıq və silah ticarəti ilə məşğul olur, Hindistan mafiyası ilə iş aparır, Bollivudda filmdə çəkilir və əsl sevgilisini tapır.   

Hollivud artıq bir neçə ildir ki, "Şantaram"ı ekranlaşdırmağa çalışır. Uzun müddət idi ki, kitabın müəllif hüquqları Conni Depdə (Johnny Depp) olub. Əvvəlcə aktyor filmin baş rolunda oynamağı planlaşdırıb, lakin, fəaliyyəti prodüserlikdən o üzə keçə bilməyib. Naməlum səbəblərə görə bu layihə heç bir məsafə qət etməyib.

Qreqori Devid Robertsin fikrincə, serial roman üçün ideal formatdır.

Anonimos Kontent və Paramaunt kitabın ardı sayılan "Dağın kölgəsi" ("The Mountain Shadow") romanının da müəllif hüquqlarını alıb.

Tərcümə etdi: Mustafa Ruşan

 

0