Həftənin kitabı

Marta Holl Kelli

heftenin-kitabi

"Kaş öləydim!" deyənə qulağa bir səs pıçıldar: "Azca uzaq olsa da, ümid hələ də var..."

Əgər bir gün "Kaş öləydim!" desən, bu kitabı xatırla...

Bu kitab II Dünya müharibəsi dövründə üç fərqli ölkədə - Polşa, Almaniya və Amerikada ömür yolları kəsişən üç qadının romanıdır.
Şimali Almaniyadakı Revensbrük qadın həbs düşərgəsində 130000-dən çox qadın ya xəstəlik, ya da aclıqdan ölmüşdü. Təəssüf ki, amansızca qətl edilənlərin də sayı az deyil. Bəzi qadınlar isə həkim Herta Oberhoyzer tərəfindən laboratoriyalarda qeyri-insani təcrübələrə tabe tutulmuşdu. Bununla həkim Oberhoyzer alman əsgərlərin intiqamını aldığını düşünürdü. Özünə görə haqlı səbəbləri vardı. Sonralar bu dəhşətli təcrübələrin qurbanlarına "Revensbrük dovşanları" adı verildi.         
Bu kitab Nyu-Yorkdakı Fransa səfirliyində işləyən və həyat fəlsəfəsi insanlara kömək etmək olan Kerolayn Ferrideyin taleyidir. Əslində, onun müharibə əleyhdarlığı Hitlerin qoşunları Polşanı işğal edəndə başlamışdı. Möhkəm iradəsi, qətiyyətliliyi və böyük mübarizəsi tarixdə silinməz izlər qoydu. "Dovşan"ların isə ümiddən başqa nəyi vardı ki?! Kerolayn onlara həyat eşqi aşılayır, ümidin sönməsinə imkan vermirdi.

Bu, böyük əzab, böyük ümid və böyük həqiqətin romanıdır.

Bu, dostluq və məhəbbətin romanıdır.

Orijinal adı: Lilac Girls, Martha Hall Kelly

Türk dilində bax: http://bit.ly/2EtSA16

Tərcümə: Mustafa Ruşan

0