Oxuduğumuzu niyə unuduruq?

Fabula.az

oxudugumuzu-niye-unuduruq

Sevindirici xəbər: insan oxuduğunun 80%-i bir həftə sonra unudur. Bu təbii bir haldır. Lap sevindirici xəbər: 7 məsləhətə əməl etsəniz, oxunduğunuz daha yaxşı yadda qalar.

Kitab oxuyuruq-oxuyuruq, bir aydan sonra yadımızdan çıxır. Yəqin, bu, sizə yad deyil? Alimlər bunun səbəbini və onunla mübarizə yollarını tapıblar.
Elə insan var ki, kitabı bircə dəfə oxudumu, fimə bircə dəfə baxdımı o saat yadında saxlayır. Belələri azdır, əksəriyyətin yaddaşı isə o dəqiqə boşalan, su dolu vannaya oxşayır. Oxunanı necə yadda saxlayaq? Bunun üçün alimlər oxuculara yeddi məsləhət verirlər:

1. Oxunanı yaxşı yadda saxlamaq üçün az oxuyun.
İnsanlar beynin yadda saxlama imkanından artıq informasiya qəbul edirlər. ABŞ tədqiqatçılarının hesablamalarına görə, 2009-cu ildə orta səviyyəli bir amerikalı vətəndaş gündə 100000 sözlə qarşılaşır (çətin ki bu göstərici bu gün azalsın). Söz axınını əsasən biz telefon və komüterdən qəbul edirik. Yüz min söz iki kitab deməkdir.

Ötən il Melburn Universitetinin tədqiqatçıları müəyən edib ki, hər həftə tele-şouya baxan insan, onu həftədə bir baxandan daha tez yaddan çıxarır. Tamaşaçıya şou haqqında əvvəlcə şou dərhal qurtarandan sonra, ikinci dəfə isə 140 gündən sonra sual veriblər. Televizora çox baxanlar dörd aydan sonra verilişin mövzusunu unudublar. Həftədə bir baxanalarsa suallara daha dəqiq cavablar veriblər. Eyni məsələ mütaliəyə də aiddir.
Birinci məsələhət: oxunanı yaxşı yadda saxlamaq üçün, az oxuyun. Kitabları düzgün seçməyə çalışın. Sosial şəbəkə və saytlardan oxumağı azaldın.

2. Oxuduqdan 24 saat sonra məzmunu təkrar edin.
Alman psixoloqu Herman Ebbinqauz (Hermann Ebbinghaus) "yalançı yaddaş" məfhumunu kəşf edib. Yeni bir informasiya qəbul etdikdən 24 saat sonra insanın yadda saxlama qabiliyyəri kəskin şəkildə aşağı düşürmüş. Xüsusi səy göstərmədən informasiyanın 80%-i növbəti gün unudulur. Ona görə də, 24 saat içində sizin üçün vacib və maraqlı olan informasiyaları təkrar edin ki, yadınızda qalsın. Oxunanı dostlarla, ailənizlə, sosial şəbəklərdə post yazaraq bölüşə də bilərsiniz.


3. Qəbul etdiyiniz informasiyanı dərhal tədbiq edin.
Əgər qəbul edilən informasiyanı dərhal tədbiq eləsəniz, "faydalı" mütaliənin effekti daha da artar. Bu cür kitabları birbaşa deyil, fəsil-fəsil oxuyun və dərhal yeni ideaları həyata keçirin. İndidən başlaya bilərsiniz: bu məqaləni elə günü bu gün bir nəfərə danışın.

4. Az-az və müxtəlif şəraidə oxuyun.
Kreslo və yumşaq adyal - əksər kitabsevərlərin sevimlisidir. Daim eyni şəraitdə oxuyan oxuduğunu az yadda saxlayır. Müxtəlif şərait və fərqli məkanlarda qəbul edilən informasiya isə daha yaxşı yadda qalır. Yaxşı yadda saxlamaq üçün dayanmadaq bir neçə saat deyil, hər yarım saatda bir fasilə verərək oxumaq lazımdır. Fasilələr oxunanı anlamaq üçün əvəzolunmazdır.

5. Kitabları saxlamayın.
İstənilən vaxt mütaliəyə təkrar başlayacağını bilən beyin oxunanı yadda saxlamaq istəmir. Melburn Univesritetinin alimləri bunu "xarici yaddaşın efekti" adlandırır və zəif yaddaşın səbəbini internetin geniş yayılmasında görürlər. Yəni ki, əgər bir informasiya rahat əldə edilirsə, onu yadda saxlamağımız çətinləşir. Əlbəttə, bu o demək deyil ki, oxuyandan sonra kitabları yandırmaq lazımdır. Növbəti bir tövsiyə odur ki, kitabları saxlamayın. Paylayın və başqalarından götürüb oxuyun. Əgər qabaqcadan dostunuza söz versəniz ki, oxuduqdan sonra kitabı ona verəcəksiniz, hər istəyən informasiyaya əli çatmayacağını bilən beyin onu yadda saxlamağa çalışacaqdır. Oxuyub qaytarmaq üçün götürülən kitablar da insanın beynində yaxşı qalır.

6. Haşiyələr çıxın, sxemlər və süjet xəritələri şəkin.
Bəli, məktəbdə bizə öyrədiblər ki, kitabı yazmaq olmaz. Ancaq psixoloqlar əmin edirlər ki, qeydlər, sətirləri xətləmə, qoyulan işarələr oxunanı yadda saxlamaqda köməklik edir. Sxemlər süjet xəritələri və qeydlər də eyni funksiyanı yerinə yetirir.

7. Qabaqcadan mütaliənin məqsədini müəyyənləşdirin

"Sürrətli oxu" kitabının müəllifi Piter Kampın (Peter Kamp) b

elə bir məsləhəti var: kitabı açmadan qabaq onu nə üçün oxuduğunuzu müəyyənləşdirin. Kitabda sizin üçün həqiqətən vacib və dəyərli olan nədir? Konkret olaraq nə yadda saxlamaq və nə qədər vaxtda yadda saxlamaq istəyirsiniz? Mümkün qədər bu sualları dəqiq cavablandırın. Beləcə, beyin qəbul etdiyi informasiyaları hansı şöbələrə göndərəcəyini daha yaxşı biləcək.

Hazırladı: Mustafa Ruşan

 

 


 

 

0