Nobelin bir addımlığında

Fabula.az

nobelin-bir-addimliginda

İctimaiyyətə təqdim olunan münsiflər heyətinin rəyləri Qrem Qrinin 1967-ci ildə Nobel mükafatı qazanmağa çox yaxın olduğunu göstərir.

Ədəbiyyat üzrə Nobel mükafatının 1967-ci ildəki münsiflər heyətinin rəyləri ictimaiyyətə təqdim olundu.

Sədənlərdə qeyd olunur ki, həmin il mükafata layiq görülən Miqel Anxel Asturias ilə yanaşı, 70 yazıçını qiymətləndirmək istəyən İsveçrə akademiyasının nəzərində önə çıxan adlardan biri də Qrem Qrin idi.

Qeydlərdə mükafat üçün kimlərin namizəd göstərildiyi və heyətdə hansı danışıqların aparıldığı sirr olaraq saxlanılır. Qaydalara görə sənədlər 50 il gizli saxlandıqdan sonra ictimaiyyətə təqdim oluna bilər. 1967-ci ildə ədəbiyyat üzrə Nobel mükafatının münsiflər heyətinin rəyləri də 2017-ci ildə ictimaiyyətə təqdim olundu. Rəylərdə mükafatı almağa layiq ən güclü namizədlərin Qrem Qrin və Xorxe Luis Borxes olduğu görünür.

1967-ci ilə aid sənədlər Qvatemaladan olan yazıçı Miqel Anxel Asturiasın mükafat komitəsi tərəfindən “Latın Amerikasının hind xalqlarının müqəddəs dəyərləri və ənələlərinə əsaslanan ədəbi uğuru”na görə, Nobel mükafatına layiq görüldüyünü göstərir. İsveçrə akademiyası tərəfindən yayınlanan sənədlərdə mükafat üçün təqdim olunan 70 namizəd arasında Semyuel Bekket, Sol Bellou, Lorens Darrell, Edvard Morqan Foster, Jorj Simenon, Ezra Paund, Con Tolkin kimi yazıçılar vardı. Sənədlər Svenska Daqbladet, Xorxe Luis Borxes, Miqel Anxel Asturias, Qrem Qrin,  U. X. Oden və mükafatı ertəsi il alan yapon yazar Yasunari Kavabatanın da daxil olduğu yazıçılar arasında seçim əsnasında qızğın müzakirələrin getdiyini göstərir.

O dövrün Nobel əbədiyyat mükafatı komitəsinin başçısı Anders Osterlinq Qrem Qrinin mükafat almasını dəstəkləyib. Sənədlərə görə, Anders Osterlinq Qrin haqqında: “Qabiliyyətləri, xarici şərtlərdən və hər şey bir tərəfə daxili dünyamızın sirli dərinliklərindən, insan vicdanından, təlaş və təşvişlərdən, kabuslardan ibarət mürəkkəb ümumbəşəri müxtəlifliyi əhatə edən yaxşı bir müşahidəçidir,” − demişdir. Osterlinq həmçinin Asturiasın, “inqilabçı dünya təfəkkürünün çox məhdud olduğunu”, Borxesin isə, “məharətlə istifadə etdiyi miniatür sənətində ya çox qapalı, ya da çox süni olduğunu” bildirir.

Digər üç komitə üzvü buna razı olmur və mükafata Asturias layiq görülür. Arxivlərdən xəbəri çıxaran jurnalist Kaj Şueler (Kaj Schueler) Qrinin mükafat almamasını bu cür izah edir: “1960-cı illərin ikinci yarısından etibarən qərb cəmiyyətinin üzü Avropa xaricindəki yazarlara çevrilmişdir.”

/The Guardian/

Tərcümə etdi: Tahir Ağa

0