Həftənin kitabı

fabula.az

heftenin-kitabi

Kristina Beyker Klaynın (Christina Baker Kline) “Dünyanın bir parçası” (“A Piece of the World”) adlı sənədli romanı XX əsrin görkəmli rəssamı Endryu Uayetin (Andrew Newell Wyeth) ilham mənbəyinə çevrilən qeyri-adi bir qadının – Kristina Olsonun (Anna Christina Olson) həyatına həsr olunub.

Endryu Uayet, “Kristinanın dünyası”

Bu qadınının bütün həyatı Men ştatının Kuşinq şəhərindəki ailə fermasında yüksələn qədim evdən ibarətdir. Kristina uşaqlıqda xəstələnir, illər keçir və xəstəliyi bədəninin aşağı hissəsini iflic edir. Gələcəyin böyük Amerika rəssamı Endryu Uayet Olsonlara aid fermanın yaxınlığında bir ev tutur. Bir gün o pəncərədən çəmənlikdə sürünən bir qadın görür. Ayaqları tamamən tutulandan sonra Kristina fermada sürünərək hərəkət edir. Əlil arabasına minə bilərdi, lakin heç kimdən asılı olmaq istəmir. Ona baha başa gəlsə də, Kristina hərəkət azadlığını, ümumiyyətlə, azadlığı qurban verməyə razı deyildi. O gündən sonra o, rəssamın ilham mənbəyinə çevrildi. Endryu Uayetin Kristina ilə dostluğu iyirmi ildən çox çəkdi və dünyaya onlarla sənət əsəri bəxş etdi. Kristinanın özü isə “Kristinanın dünyası” (“Christina's World”) adlı şəkildə ölümsüzləşdi.

Rəssam: Endryu Uayet

Bu roman iki insanın dostluğuna həsr olunmuşdur.   

Orijinal adı: A Piece of the World, Christina Baker Kline

Rus dilində bax.: http://bit.ly/2BKMH13

0




daha çox