Lev Tolstoyun kitab rəfi internetdə

Fabula.az

lev-tolstoyun-kitab-refi-internetde

L.N.Tolstoyun “Yasnaya Polyana” muzey-malikanəsi yeni multimedia layihəsi hazırlanıb.

“Lev Tolstoy mütaliə etməyi bacarırdı. Əsl mütaliəni hər insan edə bilmir.” Bu sözlər Tolstoyun böyük oğlu Serqey Lvoviçə aiddir (Сергей Львович). Yasnaya Polyanada yazıçının şəxsi kitabxanasında 23 mindən çox kitab, jurnal və qəzet qorunub saxlanılır. 

1891-ci ildə naşir M.M.Lederlenin (М. М. Ледерле) xahişi ilə Lev Tolstoy yaradıcılığına təsir edən kitabların siyahısını tərtib edir. Xatırladaq ki, bu hadisə ölümündən 19 il əvvəl baş vermişdir.

Yazıçının muzey-malikanəsi “Yasnaya Polyana” Lederlenin siyahısına Lev Tolstoyun məktub və gündəliklərindən əldə etdikləri qeydlərə, habelə müasirlərinin xatirələrinə istinadən yeni kitablar əlavə etmişlər. Genişləndirilmiş siyahı “Lev Tolstoyun kitab rəfi” multimedia layihəsinin əsasını təşkil edir. Bu siyahı sayəsində həm Lev Tolstoyun şəxsi kitabxanası ilə, həm də onun tövsiyə etdiyi dünya ədəbiyyatı ilə tanış olmaq mümkündür.

Yeri gəlmişkən, Tolstoy kitablarını 5 mərhələyə bölüb: uşaqlıqdan 14 yaşadək, 14 yaşdan 20 yaşadək, 20 yaşdan 35 yaşadək, 35 yaşdan 50 yaşadək və 50 yaşdan 63 yaşadək.

Layihəni hazırlayanlar bu siyahıya bir mərhələ daha əlavə etmişlər – 63 yaşdan 82 yaşadək. 

Layihə ilə buradan tanış ola bilərsiniz: http://bit.ly/2oNReZp

Tərcümə etdi: Mustafa Ruşan
 

0