QIRIQ

Qoşqar İlqaroğlu

qiriq

Köynəyimdə düymə qırıq

Köksümdəki ürək kimi,

Xəyalımda baxçadayıq

Süzürsən kəpənək kimi.

 

Güldən gülə hey uçuruq,

Məhəbbətdən dəm vururuq,

Ləçəkləri uçururuq,

Kiçik bir çərpələng kimi.

 

Bu həyatda çatmır nəsə,

Nə pul deyil, nə əlbisə,

Deyəmmirəm mən heç kəsə,

Əvəzi yox çörək kimi.

 

2014

0