Hersoginya Kornoullskaya Kamilla valideynləri uşaqalara kitab oxumağa səsləyib

Fabula.az

hersoginya-kornoullskaya-kamilla-valideynleri-ushaqalara-kitab-oxumaga-sesleyib

Şəhzadə Çarlzın həyat yoldaşı Hersoginya Kornoullskaya Kamilla valideynləri hər gün uşaqalara kitab oxumağa səsləyib, hersoginyanın fikrincə, kitablar yeni ixtiralara aparan ən əsas yoldur. Hersoginya Kornuollskaya müsahibədə uşaqalıqda atasının ona hər gün kitab oxuduğunu söyləyib, üstəlik, o vurğulayıb ki, bu, onun həyatındakı ən xoşbəxt an olub.

Hersoginya hesab edir ki, mütaliənin uşaq tərbiyəsində böyük rolu var

Hersoginya Kornuollskaya deyib ki, kitab oxumaq uşağın tərbiyəsində böyük rol oynayır və valideynlərdən mümkün qədər onlara çoxlu kitab oxumağı xahiş edib. Sonra da əlavə edib ki, hər axşam böyük zövqlə kitab oxuyur və mütaliədən böyük həzz alır. Şahzadənin həyat yoldaşı bildirir ki, tez-tez nəvələrinə kitab oxuyur və onlara kitab sevgisi aşılayır.  

Hersoginya Kornuollskaya Kamilla: “Ola bilsin, müasir dövrdə kitab oxumaq köhnəlmiş adət kimi görünsün, amma kitablar qiymətli tarixi irsdir, ən azından nəvələrimiz bunun sayəsində keçmişdə informasiya əldə etməyin necə çətin olduğunu öyrənəcəklər.”

Kamilla əmindir ki, mütaliə valideynlə övlad arasında xüsusi bağ yaradır

Kamillanın fikrincə, nəvələrlə mütaliə nəsillər arasında güclü bağ yaradır və əlaqələri möhkəmləndirir. O qeyd edir ki, mütaliə təkcə xoş əyləncə deyil, həm də uşaqlara gələcək həyatda lazımi vərdişdir. “Bu həyati vərdiş uşağın təhsilində böyük əhəmiyyət kəsb edir”.

Kamilla əmin edir ki, kitablar uşağın təxəyyülünü “körükləyir”. Kornuillskaya zarafatla: “Kitablar, sözün əsl mənasında, onların beynində “hay-küy” qoparır”, − deyir. Və əlavə edir: − “Bunu istəsə, hamı bacarar və xahiş edirəm uşaqlara çoxlu kitab oxuyun.”  

 “Bununla biz həm böyük zövq alacaq, həm uşaqlara yeni dünyaların qapılarını açacaq, həm də ki, onları biliyə aparan əsl bələdçi ilə tanış edəcəyik”, − deyir Kornuillskaya. Öz uşaqlıq illərini nümunə göstərərək uşaqların onlara kitab oxuyan valideynləri, nənə və babaları daha çox sevdiklərini bildirib.

Tərcümə etdi: Mustafa Ruşan

0