Emili Dikinsonun mətbəxində

Emili Templ

emili-dikinsonun-metbexinde

Böyük Amerika şairəsinin 7 ağlasığmaz resepti

Bu gün hamıya məlumdur ki, şairə Emili Dikinson təkcə gözəl şeir yazmağı deyil, həm də əla yemək bişirməyi bacarıb. Deyilənlərə görə, həyatda ikən o, şairə kimi deyil, daha çox aşpaz kimi tanınırmış. Görünür, onun yaradıcılığı aşpazlıqla sıx əlaqədə olub. Belə ki, faktiki olaraq o, bəzi şeirlərini məhz mətbəxdə yazmışdır. Təəccüblü deyil ki, Emili Dikinsonun yemək reseptləri (onlardan yalnız bir hissəsi bugünədək gəlib çatmışdır) hələ də insanları valeh edir. Şəxsən mən də hər il onun reseptlərindən bir şey hazırlamağa niyətlənsəm də, ya tənbillik edir, ya da unuduram. Əgər qonaqlarınızı Emili Dikinsonun yeməkləri ilə təəccübləndirmək istəyirsinizsə, bu reseptlərə bir göz atın. Nə bilirsiz, bəlkə, bu yeməklər sizə ilham verər, bir neçə misra da siz yazarsınız.

Kokos piroqu

1 fincan kokos yonqarı

2 fincan un

1 fincan şəkər tozu

½ fincan kərə yağı

½ fincan süd

2 yumurta

½ çay qaşığı soda

1 çay qaşığı kalium tartrat  

Emili Dikinson muzeyinin saytında bildirilir ki, şairə şeirlərinin bir hissəsini mətbəxdə yazıb. Çox vaxt onun şeirləri ilə reseptləri bir-birinə “qonşuluq edirdi”, çünki şairə bir çox şeirini ya etiketlərin, ya da yemək reseptlərini tərs üzündə yazırdı. Bu o deməkdir ki, mətbəx onun üçün şeirlərin yeməklərlə əl-ələ verdiyi yaradıcılıq məkanı idi. Axı yeməyi sobaya qoyandan bişənədək keçən vaxtı nəyləsə doldurmaq lazım idi.

Rəfiqəsi missis Karmayklın “Kokos piroqu”nun reseptinin əks üzündə Dikinson bu şeiri yazmışdır: 

“The Things that never can come back, are several –
Childhood – some forms of Hope – the Dead –
Though Joys – like Men – may sometimes make a Journey –
And still abide –
We do not mourn for Traveler, or Sailor,
Their Routes are fair –
But think enlarged of all that they will tell us
Returning here –
“Here!” There are typic “Heres” –
Foretold Locations –
The Spirit does not stand –
Himself – at whatsoever Fathom
His Native Land –”     

Ponçiklər

½ fincan kərə yağı

2 yumurta

1 fincan şəkər tozu

1 çimdik maya

½  muskat qozu

duz

2 fincan süd

Bu reseptin əks üzündə Dikinson şeir deyil, qısaca “Keytin ponçikləri” yazıb. Keyt kimdir, bilinmir. Yəqin, ponçiklər o qədər şairanə alınıb kimi, şeirə ehtiyac qalmayıb.

Qara piroq

1 pound un (0.45 kq)

2 şəkər tozu

2 kərə yağı

19 yumurta

5 pound kişmiş (2.26 kq)

1 ½ quru qarağat

1 ½ limon

½ pint brendi (0.25 litr)

½ melassa

2 muskat qozu

5 çay qaşığı

Qərənfil – muskat qozu – darçın

2 çay qaşığı soda

Yağla şəkər tozu qarışdırın

Yumurtanı çalmadan əlavə edin və qarışdırın.

2 ½ ya da 3 saat piroq qəlibində, ya da 5-6 saat qazanda bişirin.

 “Amerika kitabxanası” bloqunda qeyd edilir ki, Dikinson ailəsinin bir neçə “bədxərc piroq”un resepti olub və Emilinin atası “ancaq onun bişirdiyi çörəyi” yeyirmiş. Sadəcə onu deyə bilərəm ki, 19 yumurta, əsl bədxərclikdir və brendini saymasaq, piroqun çəkisi 20 pound (9 kq) gəlirdi. 1995-ci ildə “The Washington Post” qəzeti reseptin yenilənmiş, “XX əsrin zövqünə uyğun” versiyasını dərc eləmişdir.

Zəncəfil pryaniki

 1 kvarta un (təqribən1 kq)

 1/2 fincan yağ

 1/2 stəkan qaymaq

 1 xörək qaşığı zəncəfil

 1 çay qaşığı soda

 1 çay qaşığı duz

Üstünə patka vurun

"Emili Dikinson: şairə və kulinar" kitabının redaktorları yazırlar: "Yağı yumuşaldın və yüngül çalınan qaymaqla qarışdırın. Əvvəl quru, sonra da yerdə qalan ərzaqlarla qarışdırın. Alınan xəmir bərk olur, qəlibə salmaq üçün döyəcləyin. Dəyirmi və ya balaca kvadrat qəliblərdən istifadə edin. 350 dərəcədə 20-25 dəqiqə bişirin." Üst bəzəmə ilə bağlı bir məlumat olmasa da, çox guman ki, Dikinson zəncəfil pryaniklərini bəzədir, hətta üzərinə güllər düzürmüş.

Emili Dikinson muzeyinin bələdçisi Berli Mutenin dediyinə görə, şairə həyətində oynayan uşaqları görəndə “Anbara gedir, səbəti peçenye, pryanik, doğranmış piroqla doldurur, yuxarı, evin arxa hissəsindəki pəncərəyə çıxır (ki anaları görməsinlər) və ipə bağlanan səbəti səbirsizliklə aşağıda gözələyən “qəzaya uğramış ac piratlara”, ya da “yolunu azmış, itkin düşmüş sirk artistlərinə” ehmalca ötürürdü.” Evdə şiriniyyatı olmayanda səbətə iki fincan kişmiş qoyurdu, uşaqlarsa onu konfet əvəzi yeyirdilər.  
 

Qarğıdalı keksi

Buğda unu, iki xörək qaşığı

Qəhvəyi şəkər tozu, iki xörək qaşığı

Qaymaq, (və ya əridilmiş yağ) dörd xörək qaşığı

 Xörək duzu

 Yumurta, bir

 Süd, yarım pint (0,284 litr)

 Hindistan unu, bərk xəmir üçün

 

 

Düyü keksi

Bir kasa düyü (artıq düyü unu var, ondan istifadə edin)

Bir fincan şəkər pudrası

İki yumurta

Yarım fincan kərə yağı

Bir qaşıq süd ilə bir çimdik soda

Zövqə görə

Bu iki resepti 1906-cı ilin yayında “Boston kulinariya məktəbi” jurnalında Dikinsonun kuzinası Helen Bullard Uayman dərc etdirib. “Düyü keksi uşaqlığımızda bizim ən şahanə şirniyyatmız idi. Böyük qalay qalablarda saxlanılır, ancaq qonaqlar gələncə çıxarılırdı. Resept əvvəllər daha mürəkkəb idi, biz nazik qatlı kekslər bişirir, sonra onları kvadrat şəklində doğrayırdıq. Və mütləq muskat qozu əlavə edirdik”.    

Laymanın çörəyi və ya Hindistan çörəyi

 3 fincan qarğıdalı unu

 1 çay qaşığı duz

 1/2 fincan melassa

 1 fincan süd

 1 1/2 fincan ayran

 4 fincan çovdar unu

 2 çay qaşığı soda

 1/2 fincan pörtlədilmiş irland kartofu

Duz və melassanı qarğıdalı ununa əlvə edin. Qaynadılmış südü tökün. Soyuq ayran və çovdar ununu qarışdırıb yemək sodası əlavə edin. Bütün ərzaqları qarışdırıb pörtlədilmiş kartofu əlavə edin. Xəmirin acımasını gözləmək lazım deyil. Qatılaşanda dairəvi tavaya qoyub 440 dərəcədə 2 saat yarım bişirin. Sonra yağ sürtüb dəsmalla örtün ki, isti qalsın.   

Bu resepti mən “CivilWarTalk” forumunda tapmışam, Kentukkidən Donnaya təşəkkür edirəm. “Layman”, yəqin, bu, Cozef Laymandır, Dikinsonun kuzeni.  Bəlkə də, 1856-clı ildə Emili “Amherst Cattle Show” sərgisində ikinci yeri bu reseptə görə alıb.

Tərcümə etdi: Mustafa Ruşan

0