Rey Bredberinin “451 faranheyt” romanı haqqında 16 fakt

Fabula.az

rey-bredberinin-451-faranheyt-romani-haqqinda-16-fakt

Altımış ildən çoxdur ki, Rey Bredberinin “4510 faranheyt” romanı təxəyyülləri, mübahisələri və etirazları körükləyir. Fikirlərin yayılmasının qarşısını almaq üçün kitablar yandıran, lakin sonra səhvini başa düşüb yolundan dönən insandan bəsh edən bu antiutopiya Soyuq müharibə illərindəki senzuranın tənqidi hesab edilir. Romanın özündə çoxlu qeyri-adi, zidiyyətli və xətalı məqamlar var.  

1. Yazıçı ilhamı Adolf Hitlerdən alıb

“4510 faranheyt” romanının mərkəzində peşəsi artıq ona əzab verən Qay Monteq adlı yanğınsöndürən dayanır. Nə qədər təzadlı görünsə də, yanğın söndürmək əvəzinə o kitabları yandırır. Milli incəsənət fonduna verdiyi müsahibədə Bredberi romanın ideyası haqqında deyir:

“Əlbəttə, Hitler. On beş yaşım olanda o, Berlinin küçələrində kitab yandırardı. Sonra öyrəndim ki, 5000 il əvvəl İskəndəriyədə də kitabxanalar yandırılıb. Bu, məni çox məyus etdi. Mən hər şeyi öz səylərimlə öyrənən adamam və bu, o demək idi ki, müəllimlərim – kitabxanaları nəzərdə tuturam – təhlükədə idi. Əgər bu bir vaxtlar İskəndəriyyədə baş veribsə, əgər bu bir vaxt Berlində baş veribsə, demək, hər yerdə baş verə bilər... Mənim qəhrəmanlarım ölə bilərlər.”

2. Kitabın adı tam doğru deyil

Romanın adı, ümumiyyətlə, belə izah edilir: “Kitabların alışıb yanma tepmerarturu.” Əslində,  4510 kağızın öz-özünə alışıb yanma dərəcəsidir, yəni bu temperaturda kağız yanğına məruz qalmasa da, alışıb yanır. Kitablar isə 4400-4800 alışıb yanır, bu, kağızın qalınlığı və növündən asılıdır.

3. Roman Bredberinin “Yanğınsöndürən” (“The Fireman”) hekayəsi əsasında yazılıb

1950-ci ildə Bredberi birinci kitabını, hekayələr toplusu olan “Mars xronikaları”nı çap elətdirir. Bir il sonra isə yazıçı “Qalaksi” (“Galaxy”) jurnalında dərc edilən “Yanğınsöndürən” hekayəsini yazır. Bundan sonra Bredberi hekayəni genişləndirərək “4510 faranheyt” romanını yazır. 

4. Bredberi “4510 faranheyt”i 9 günə yazmayıb

Geniş yayılan, lakin əsassız olan məlumata görə, Bredberi “4510 faranheyt” romanını bir həftəyə başa vurub. Bu, doğru deyil. Çünki O, bu vaxt ərzində 25000 sözdən ibarət olan “Yanğınsöndürən” əsərini  yazır. Sonralar yazıçı bu məsələyə aydınlıq gətirib. O bildirib ki, sözügedən hekayə romanın birinci versiyasıdır. Yazıçı illərlə “Yanğınsöndürən” və “4510 faranheyt”i bir əsər kimi təqdim etməyib. Buna görə qarışıqlıq meydana gəlib.

5. “Birinci versiya” kitabxananın zirzəmisində, icarəyə götürdüyü çap maşınında yazılıb

Bredberinin həyat yoldaşı Marqeri Maklür 1950-51-ci illərdə iki övlad dünyaya gətirir. Beləcə, yazıçı yaza bilmək üçün sakit məkan axtarışına başlayır. Lakin kifayət qədər imkanı olmadığından ofis tuta bilmir. 2005-ci ildə verdiyi bir müsahibədə Bredberi deyir:

“UKLA (Los-Anceles Kaliforniya Universiteti) kitabxanasının ətrafında gəzirdim. Bir otaq gördüm: 10 sentə çap makinası icarəyə verilirdi. Xırda pulla dolu kisəni götürüb gəldim. Həmin gün romana başladım və 9 günə tamamladım. Aman Allah, bu nə gözəl yerdi?! Gah yuxarı çıxır, gah aşağı düşürdüm; rəflərdən kitablar seçir, lazım olan sitatları köçürürdüm. Kitabı doqquz günə bitirdim, çünki kitabxananın özü mənə neyləmək lazım gəldiyini pıçıldayırdı.”   

6. Çap maşınının icarə xərci 9.80 dollar tutur

Kitabxanada keçirdiyi 9 gün, yazıçının sözünə görə, təxminən 10 dollara başa gəlib. Bu, o deməkdir ki, o, “Yanğınsöndürən”i o təqribən 49 saata yazıb.

7. Romana makkartizmin tənqidi kimi baxanlar da vardı

 “4510 faranheyt” 1953-cü ilin 19 oktyabrında, ikinci “Qırmızı təhlükə”nin ortasında çap olundu. Amerika tarixində bu dövr 1940-cı illərin ortasından başlayan və 1950-ci illərin sonunadək davam edən siyasi-mədəni paranoya kimi xarakterizə edilir. Kütlə kommunist dəyər və qrupların ölkəni işğal etməyindən qorxurdu. Kitab çap edildiyi dövrdə bəzi tənqiçilər romanı senator Cozef Makkartinin siyasəti nəticəsində ölkədə böyüyən senzura və konformizmə qarşı üsyan hesab edirdilər.        

8. Əslində, Bredberi romanda televiziya təhlükəsini çatdırmaq istəyib

Bredberi televiziyanın mütaliəni “öldürəcəyini”, hətta ümumi insaniliyimizi yox edəcəyini düşünürdü. Bredberi deyir: “Televiziya bizə Napoleonun doğum-ölüm tarixlərini verir. Ancaq onun kim olduğunu öyrətmir.” O, televiziyanı “zir-zibil” hesab edirdi.

9. Hər nə qədər mütaliəni çox sevsə də, Bredberi televiziya ilə də əməkdaşlıq edib

Bredberi təkcə 600 əsəri televiziyaya uyğunlaşdırılan məhsuldar bir yazıçı deyil, o həm də “Alfred Hiçkok təqdim edir”, “Qaranlıq zona” və 6 sezon davam edən “Rey Bredberi teatrı” (1985-1992) adlı teleserialların telepyes müəllifidir. Bu sahədəki fəaliyyətlərinə görə Bredberi bir çox mükafata – ən yaxşı dramatik seriala (“Rey Bredberi teatrı”) görə “CableAce”, “Bayram ağacı”na görə “Emmi”  və “Bütün nailiyyətlərinə görə” “Brem Stoker”ə layiq görülmüşdür.

10. Fransua Trüffo ekranlaşdırmada çoxlu dəyişikliklər edib

Romanda Monteqin dostu Klarisa qəza nəticəsində ölür, cinayətkar isə tapılmır. Filmdə isə Klarisa sağ qalır. Fransua Trüffonun elədiyi dəyişikliklərə baxmayaraq, Bredberinin bundan xoşu gəlir. Sonrakı illərdə Bredberi romanı pyesləşdirəndə filmdən ilham alaraq Klarisanı öldürmür.

11. “4510 faranheyt”in müxtəlif formatı var

Roman ekranlaşdırılmaqla yanaşı, həm də BBC radiosunda səsləndirilib, əsasında video-oyun hazırlanıb, komiks dərc edilib. Yaxında isə ekranlara eyni adlı serial çıxacaq. Serialın baş rollarında Maykl B.Cordan və Maykl Şennan kimi məşhur aktyorlar var.

12. Bredberi yalnız “4510 faranheyt”i elmi-fantastik əsər hesab edirdi

Elmi-fantastikanın ustadı sayılsa da, Bredberi qalan bütün romanlarını fentezi hesab edirdi. O deyirdi: “Mən elmi-fantastika yazmıram. Birini yazmışam, o da “4510 faranheyt”dir. “4510 faranheyt” reallığa əsaslanır. Elmi-fantastika reallığını güzgüsüsdür. Fentezi isə təxəyyülün... “Mars xronikaları” elmi-fantastik janrında deyil, fentezi janrındadır. Başqa cür ola bilməz, aydındır?”

13. “4510 faranheyt”də müasir qulaqcıqlar təsvir edilib

Roman çıxanda qulaqcıqlar vardı, amma böyük və ağır idi. Bredberi isə kitabda onu qulağa taxılan və yatmış Monteqin xanımına musiqi çalan “miniatür balıqqulağı”, balaca, üskuk boyda tıxac-radioqəbuledici” kimi təsvir edir. Təsvirdəki qulaqcıqlar 2001-ci idə reallığa çevrildi. Çünki “Əpl” (Apple) şirkətinin dizayneri Conatan Ayv dünyada ilk dəfə müasir qulaqcığı ixtira etdi.   

14. Uzun illər Bredberi “4510 faranheyt”in elektron versiyada dərc olunmasına razılıq vermirdi

Romandan aydındır ki, yazıçı kağıza əhəmiyyət verən adamdır. 2009-cu ildə yanına naşirlər gəlir və ondan romanın elektron versiyada dərc olunması üçün icazə istəyirlər. Baxın Bredberi onlara nə cavab verir: “Siz də cəhənnəm olun, internet də!.. Niyə insanları pozursunuz?! Boş işdir. Bunun reallıqla nə əlaqəsi var? Ancaq havadır, havadan başqa bir şey deyil (interneti nəzərdə tutur, tərc.)”.

Deyirdi ki, “elektron kitablar yanacaq iylənir.” Lakin 2011-ci ildə 91 yaşlı Bredberi “Saymon və Şuster” şirkəti ilə milyonluq müqavilə bağladı. Beləcə, romanın elektron versiyasının bütün hüquqları tamamən şirkətə keçdi. Buna baxmayaraq, şirkət Bredberiyə böyük güzəştə gedir: onlar ictimai kitabxanalara kitabın elektron variantından pulsuz istifadə etmək imkanı verib.    

15. Bredberi “4510 faranheyt” dünyasında yaşasaydı, nə edəcəyini bilirdi

Romanda gizli bir təşkilat var. Bu təşkilat şah əsərləri əzbərləyir, beləcə, onların yox olmasının qarşısını alırlar. Bredberiyə soruşanda ki, təşkilat üzvü olsaydı, hansı kitabı əzbərləyərdi, o belə cavab verib: “Milad hekayəsi” (“A Christmas Carol”). Mənə elə gəlir, bu kitab həyatıma digər kitablardan daha çox təsir edib, çünki o, həyat və ölümdən... zəfərdən bəhs edir”.

16. “4510 faranheyt” Bredberinin ən populyar romanıdır

Tənqidçilərdən müsbət rəy alan roman XX əsrin ən yaxşı kitablarından biri hesab edilir. İndiyədək romanın 10 milyon nüsxəsi satılıb. Roman Amerika incəsənət akademiyası, “Prometey” və “Hüqo” kimi bir çox makafatlara layiq görülüb. 1976-cı ildə Bredberinin şəxsən səsləndirdiyi audiokitaba “danışıq janrı” kateqorisində “Qremmi” mükafatı verilib.

Hazırladı: Mustafa Ruşan

0