Beynəlxalq “Buker” mükafatının uzun siyahısı elan olunub

Fabula.az

beynelxalq-buker-mukafatinin-uzun-siyahisi-elan-olunub

2005-ci ildən keçirilən və böyük nüfuza malik olan “Beynəlxalq Buker mükafatı”nın uzun siyahısı elan olunub.    

Keçən il “Vegeterian” romanı ilə “Buker” mükafatı alan Han Kangla yanaşı, siyahıda Avropa ədəbiyyatının görkəmli yazıçılarından olan Cenni Erpenbek (Jenny Erpenbeck), Virciniya Despents (Virginie Despentes) və Olqa Torkarçunun (Olga Tokarczu) ingilis dilinə tərcümə edilən yeni romanlarına da yer verilib. Siyahıda İspaniya ədəbiyyatının məşhur yazarları olan Xavyer Serkas (Javier Cercas), Qabriela İbarra (Gabriela Ybarra) və Antonio Munos Molinanın (Antonio Muñoz Molina) adları da maraqla qarşılanıb.

Aşağıdakı 13 əsərdən ibarət uzun siyahı 108 əsərin içindən seçilib:

1. The 7th Function of Language - Laurent Binet (Fransa), Tərcümə: Sam Taylor
2. The Impostor - Javier Cercas (İspaniya), Tərcümə: Frank Wynne
3. Vernon Subutex 1 - Virginie Despentes (Fransa), Tərcümə: Frank Wynne
4. Go, Went, Gone - Jenny Erpenbeck (Almaniya), Tərcümə: Susan Bernofsky
5. The White Book  - Han Kang (Cənubi Koreya), Tərcümə: Deborah Smith
6. Die, My Love  - Ariana Harwicz (Argentina), Tərcümə: Sarah Moses & Carolina Orloff
7. The World Goes On - László Krasznahorkai (Macarıstan), Tərcümə:  John Batki, Ottilie Mulzet & George Szirtes
8. Like a Fading Shadow - Antonio Muñoz Molina (İspaniya), Tərcümə: Camilo A. Ramirez
9. The Flying Mountain - Christoph Ransmayr (Avstriya), Tərcümə: Simon Pare
10. Frankenstein in Baghdad  - Ahmed Saadawi (İraq), Tərcümə:  Jonathan Wright
11. Flights - Olga Tokarczuk (Polşa), Tərcümə: Jennifer Croft
12. The Stolen Bicycle - Wu Ming-Yi (Tayvan), Tərcümə: Darryl Sterk
13. The Dinner Guest - Gabriela Ybarra (İspaniya), Tərcümə: Natasha Wimmer

Beynəlxalq Buker mükafatı hər il ingilis dilinə tərcümə edilən kitablara verilir və 50 min sterlinq pul mükafatı yazıçı ilə tərcüməçi arasında bərabər şəkildə bölünür. Mükafatın qısa siyahısı 12 apreldə, laureat isə 22 mayda elan olunacaq.

Tərcümə etdi: Mustafa Ruşan

 

0