Tanpınarın gizli dünyası

Fabula.az

tanpinarin-gizli-dunyasi

Dünya ədəbiyyatı dedikdə xalqların sərhədləri aşan ədəbiyyatı nəzərdə tutulur. Getenin də tərəfdarı olduğu bu dünya ədəbiyyatı anlayışı ədəbiyyatın həbsdən qurtulması haqqındadır. Şübhəsiz ki, bu dünya ədəbiyyatı haqqındakı ən dolğun görüşdür. Tanpınar ədəbi olaraq bu dilemmanı ən gözəl üsulla həyata keçirmişdir. Buna görə də o, müasir dövr ədəbiyyatın əsas simalarından sayılır. “Bu gün Türkiyədə nəsillərin birgə oxuyub başa düşəcəyi beş kitab tapa bilmərik”, - deyən Tanpınar bu gün sözün həqiqi mənasında, klassik qəbul edilir.

Dünyanın çox az yerində mədəni baxımdan Qərb və Şərq arasında bu qədər dərin uçurum var. Ədəbiyyatın ideologiyaya xidmət etdiyi, oxuma seçimlərinin siyasiləşdiyi mühitdə tənqidin olmaması, olsa belə əhəmiyyət verilməməsi təbiidir. Başda “Hüzur” romanı olmaqla  bu ziddiyyətə ayrıca toxunan Tanpınara göstərilən marağın, haqqında yazılanların suiqəsdindən sonra gün keçdikcə artması əlamətdar hadisədir. Yaxşı, gözəl, doğru və həqiqət axtarışı bütün qütbləşmələrin önünə keçərək həqiqəti güclü bir dil ilə oxucularına təqdim edən Tanpınarın əbədi tənqidi və təhlillərinin məhək daşı olması, onun bütün nəsillər tərəfindən oxunması başadüşüləndir.

(Təqdimat bülletenindən)

Tərcüümə etdi: Tahir Ağa

0