Yu Nesbö: “Əmin olun ki, hakimiyyət uğrunda mübarizə sivilizsiyanı məhv edə bilər.”

Fabula.az

yu-nesbo-emin-olun-ki-hakimiyyet-ugrunda-mubarize-sivilizsiyani-mehv-ede-biler

Kaya Korsvoll (Kaja Korsvold)

Yu Nesbö dörd ildir ki, tarixin ən qanlı faciəsinin yeni versiyası üstündə işləyir. Dünya əli qanlıdır, təhlükələrlə doludur. O, 400 il əvvəl Şekspir “Makbet”i yazanda da belə idi, bu, belə də qalacaq. Nesbö əmindir ki, Şekspirin faciəsi hələ də aktualdır.

“Əmin olun ki, hakimiyyət uğrunda mübarizə sivilizsiyanı məhv edə bilər. Hətta burada, təhlükəsiz Norveçdə belə. Uzun müddət elə bilirdik ki, hər şey qaydasındadır. Ələlxüsus da biz – 1960-cı, 1970-ci illərdə doğulanlar, müharibə görməyən nəsillər. Biz elə bilirik ki, çox təhlükəsiz ölkədə yaşayırıq. Bir vaxtlar Yuqoslaviya da siyasi baxımdan sabit ölkə idi. Bir neçə ay içində hər yerini alt-üst elədilər.”  

Yu Nesbö bir qurtum qəhvədən içir. Darçınlı bulkanın yarısı yeyilib. Bu məkan onun ürəyincədir.

Onun ən sevimli məkanları Oslonun kafe-barlarıdır. Orada olmaqdan zövq alır, hətta bu məkanlarda yazı yazır. Nesbö pencərədən baxır, palçıqlı yoldan avtobus keçir.  

Səsyazma studiyasına yaxın olduğuna görə, Sankt Hanshauqen rayonunda görüşürük. Çünki müsahibədən sonra studiada işi var. Dünya şöhrətli yazarın günləri gərgin keçir – kitabı təqdim edir, yeni plastinka doldurur (Nesbö “Di Derre” qruppunda vokalist, gitarist və mahnı müəllifidir), yaxında isə “Makbet” romanının təqdimatı üçün Böyük Britaniya və digər avropa ölkələrində səfərdə olacaq.  

Nesbö meqa ulduzdur. Onun kitabları 100-dən artıq ölkədə çap olunub, 36 milyon nüsxəsi satılıb.

Şekspirin izi ilə

Son romanı sifarişə görə yazıb. “Gogarth” nəşriyyatı 2016-cı ildə Şekspirin yubileyi münasibətilə Nesböya onun bir əsəri əsasında detektiv yazmağı təklif edib.

 “Təşəkükr edib razılaşdım. Roman Polanskinin “Makbet” filminə baxandan sonra təsirindən çıxa bilmədiyim pyesi seçmək qərarına gəldim”, − təvazö ilə gülümsəyir Nesbö.

“Makbet” şərdən, intiqamdan, hakimiyyət mübarizəsindən, insanların həlakından bəhs edir. Şekspirin “Makbet”ində də bu, belədir.

““Makbet” dəyişməz bir musiqili pyes kimidir. Pyesdəki hadisələrin özü ilə nəsə etməyi fikiləşmişdim, amma sonda gördüm ki, heç bir aktın, heç bir hadisənin təsiri altından çıxa bilməmişəm".

Yazanda Berqeni düşünürdüm

Nesbönün romanında Makbet yetimxanada böyüyən, keçmişdə narkoman olan xarizmatik bir polisdir. Arxasında Ledi adlı arvadı və onun hakimiyyət ehtirası dayanıb.  

Hadisələr 1970-ci illərdə rütubətli bir sənaye şəhərində baş verir. Bu şəhərdə polis də, mer də korrupsionerdir. Hər yeri narkotik tacirləri idarə edir. Hadisə yerləri isə kazino və vağzallardır.   

“Bu, nikbin, işıqlı 70-ci illər deyil. Əsl 70-ci illər daha qaranlıq olub, çünki həmin dövrdə soyuq müharibə gedirdi, ətraf-mühit çirkli idi, işsizlik baş alıb getmişdi, böyük şəhərlərdə narkomaniya geniş yayılmağa başlamışdı. Ən çox pul qazananlar narkobiznesin “əjdaha”ları idi. Romandakı yağışlı qaranlıq şəhər “Get Carter” filmindəki Nyukaslla, “Basketball Diaries” filmindəki Manhettenin, hə, bir də bizim doğma Berqenin qarışığına oxşayır”, − deyir masa arxasında oturan yazıçı.   

“Berqen kimi. Berqendəki ab-hava tamam başqadır, ətraf bölgələr isə daha stabildir. Məsələn, Sotraya gedin, görərsiniz”.

Faktlar: Yu Nesbö (57 yaş)

1960-cı ilin 20 martında Osloda dünyaya gəlib. Molde və Oslada böyüyüb.

İqtisadiyyatı bitirib, Norveç İqtisadiyyat və İdarəetmə Məktəbinin məzunudur.

“Di Derre” qrupunun vokalisti, gitaristi və mahnı müəllifidir.

Birinci kitabı “Flaggermusmannen” 1997-ci ildə çap olunub.

Kitabları 50-dən çox ölkədə 36 milyon nüsxə satılıb.

2008-ci ildə “Harri Hole” fondunu qurub. Fondun məqsədi inkişaf etməkdə olan ölkələrdə uşaqlara oxumağı və yazmağı öyrətməkdir. Fond hər il “Yaxşı oğlan” mükafatı verir.

KİV-in yaratdığı imic

Nesbönun əynində cırıq cins və köhnə köynək var. Kafe stoluna əyilərək oturub, bütün suallara nəzakətlə dolğun cavablar verir. Jurnalist ona deyəndə ki, müsahibəyə hazırlanmaq üçün onun altı yüz səhifəlik “qanlı” kitabını oxumalı olub, Nesbö roman qalın alındığına görə ondan üzr istəyir.   

2016-cı ildə gəliri 36 milyon olan bir insanı KİV çox vaxt şişirdir, onu maço və “cetsetter” əfsanələri ilə bəzəyir. Son dəfə Tailand səfərində onu müşayət edən “Gagens Næringsliv” qəzetini buna nümunədir. Nesbö isə etiraf edir ki, bu cür tanınmaq istəmir.

“Bu KİV-in yaratdığı imicdir. Mən bir az alpinistliklə məşğulam. Amma mənim gördüyüm iş zirvələri fəth edənlərlə müqayisədə uşaq oyuncağıdır. Alpinizm maço peşəsi deyil, çünki qadın aplinistlər də az deyil”. 

Nesbö deyir ki, KİV-in hər yerə burnunu soxmasına imkan vermir. 

“Şəxsi həyatımı, ailədən və dostlardan ibarət daxili dairəni qorumağa çalışıram. Bu dairəyə KİV-in nümayəndələrini buraxmıram. KİV-ə zahiri məqamlar maraqlıdır – qayalara dırmaşmağım, qrupda gitar çalmağım yaxud material toplamağım. Bir mövzuda susursansa, insanlar onu şişirtməyə, olduğundan böyük görsətməyə meyillidirlər. KİV-in əfsanlər uydurması təbii haldır”, − deyir. 

“Atam − tamam başqadır”

“Buna baxmayaraq, biz əyləncə sektorundayıq. Və KİV-lə müəyyən əməkdaşlığımız var. Yazlanlarda həqiqət payı olsa da, onların məni necə təsvir etdiyinə çox əhəmiyyət vermirəm.”  

“Qızım balaca idi. Bir gün gəlib: “Ata, bu gün qəzetdə “Jonesbø”, yəni Yu Nesbö barədə yazıblar”, −dedi. Atası ilə Yu Nesbönun iki ayrı insan olduğunu anlamışdı. Onda belə bir təsəvvür formalaşdırdığıma görə, düşünürəm ki, mən məqsədimə çatmışam.”

Gülümsəyir. Əhval-ruhiyyəsi yaxşıdır. Ona yaşlı demək olmaz. Tək-tük ağaran tüklər gözə çarpsa da, saçı tökülməyib. Bir neçə günə 58 yaşı tamam olacaq.

Altmış yaşa az qalıb. Bu hansısa bir fəaliyyətinizə təsir etmir ki?

“Bəli, fiziki travmaların sağalaması gec olur. Əgər travma almısansa, bil ki, ömürlük ola bilər. Hiss edirəm ki, daha ehtiyatlı olmağa başlamışam.”

Yeni filmlər

Nesbönun çox az kitabı ekranlaşdırılıb. Çünki ekranalşdırma işinə könülsüzdür.“Hodejegerne” 2011-də çəkilib (rejisor: Morten Tildumun (M.Tyldum)). Keçən il isə Harri Hollenin ilk filmi “Snømannen” ekranlara verildi. Film çıxanda Norveç tənqidçiləri onu tənqid atəşinə tutdular.  

- Bundan sonra romanlarınızın ekranlşdırmasına razılıq verməyi düşünürsüz?

- Hörmət elədiyim rejisor olsa, yox demərəm. Və mənim “Hodejegerne”i çəkən Tomas Alfredsona hörmətim var. İstədiyim kimi alınmasa da, romanın ona xas versiyasına hörmət edirəm. Bu mənim “Makbet”imə oxşayır. Bu mənim versiyamdır. 

- Demək yeni filmlər yoldadır?

- Fimlər həmişə yoldadır, amma onların reallığa çevrilmə ehtimalı haradasa birə iyirmidir. Yəni, real yanaşsaz, cavab xeyrdir, yox əgər soruşursunuzsa ki, gələcəkdə nəsə ola bilərmi, onda bəli ola bilər.

Di Derre zəruri bir layihə deyil

Kitabları ən çox satılan norveç yazarı, şübhəsiz “Di Derre” qrupunda da az uğur qazanmayıb. P4 radiokanalı beş illik yubileyi münasibəti ilə apardığı araşdırmada, Nesbönun “Qızlar” bəstəsinin son 20 ildə ən çox səsləndirilən mahnı elan edib.  

Görüşdən sonra o yenə studiyaya gedəcək. “Romanlardan fərqli olaraq “Di Derre” 25 ildə çox dəyişməyib”, − deyir Nesbö fərəhlənərək.

“Biz necə idiksə, elə də varıq. İyirmi il əvvəlki mahnıları çalıb oxuyuruq. Fərqli işlərlə məşğul olmaq əladır. Qrupdakıların hamısının öz işi var, məsələn, Halvor Kopenhaqendə psixoloqdur, basçı Maqnus “Valkyrien Allstars”da çalır, Unni Vilhelmsin isə öz karyerası var.” 

 “Belə ki, bu, zəruri bir layihə deyil”, − deyir Yu Nesbö.

Tərcümə etdi: Mustafa Ruşan

 

0