Həftənin kitabı

fabula.az

heftenin-kitabi

Bir çox ədəbiyyat mükafatlarının laureatı olan nigeriyalı nasir Çimamanda Nqozi Adiçinin üçüncü kitabı “Americanah” əhatə etdiyi tarix, coğrafiya, idea baxımından onun ən iri həcmli romanıdır.

Roman ziyalı “ikinci dünya” vətəndaşının ABŞ və ya Londonda keçirdiyi hislərdən, burada uğursuzluğa düçar olub vətənə qayıtma qorxusundan, müasir dünyada vətən anlayışınız get-gedə dəyişməsindən, immiqrantların enişli-yoxuşlu taleyindən bəhs edir.

İfemelu və Obinze məktəbdə bir-birinə aşiq olurlar. Ölkədəki diktatura rejimi və bu rejimin doğurduğu məşum bədbin ab-hava onları çox da maraqlandırmır. Lakin, məktəbi başa vuranda gözəl İfemelu sevinclə kədərin əl-ələ verdiyi yeni dünyaya - Amerikaya təhsil almaq üçün gedir. İfemelu tədricən bu ölkə ilə ayaqlaşır, bəzən uğur qazanır, bəzənsə uğursuzluğa düçar olur. Bəzən dostlar tapır, bəzənsə onları itirir və get-gedə vətənindən soyuyur. Professorlar ailəsindən olan Obinze İfemelunun ardınca getməyə hazırlaşır, lakin 11 Sentyabr hadisəsi yolunu kəsir. Londona getməli olur. Orada qeyri-qanuni təhlükəli həyat sürür. İllər keçir və budur Obinze artıq zəngin bir insandır, vətənində yaşayır, hörmət-izzət sahibidir. İfemelu isə jurnalistdir, onun immiqrantlar haqqındakı bloqu Amerikada çox populyardır. Zahirən hər şey qaydasındadır, amma...        

Orijinal adı: Americanah, Chimamanda Ngozi Adichie

Rus dilində bax.: https://bit.ly/2IxZYdx

Türk dilində bax.: https://bit.ly/2GDcDeC

0