"Pulitser" mükafatının builki qalibləri elan olunub

Fabula.az

quot-pulitser-quot-mukafatinin-builki-qalibleri-elan-olunub

Dünyanın ən nüfuzlu mükafatlarından "Pulitser"in bu ilki laureatları 16 apreldə, Nyu-Yorkda, Kolumbia universitetində elan olunub. "Pulitser"in 102-ci tədbirində ənənəvi olaraq yenə jurnalistika, ədəbiyyat və musiqi sahələrində qaliblər elan olunub.

 Ədəbiyyat sahəsində mükafat Endrü Sin Qririn (Andrew Sean Greer) “Less” romanına verilib. Finalda qalan digər iki kitab Elif Batumanın “The İdiot” və Hernan Diazın “İn The Distance” romanı olub.

 Münsiflər heyəti “Less” romanını “qocalığın və məhəbbətin təbiətinə dair nəğməli bir dillə yazılan əhatəli bir kitab” kimi təsvir edib.

 “Less” romanında 50 yaşlı roman yazıçısından, onun köhnə sevgilisindən gələn toy dəvətnaməsindən sonra dünyanın müxtəlif ölkələrində təşkil edilən ədəbiyyat tədbirlərində iştirak etməsindən və beləcə, içindəki məhəbbət alovunu söndürməyə çalışmasından bəhs edir.

 Hazırladı: Mustafa Ruşan

 

0