“Beynəlxalq Man Buker” mükafatının qısa siyahısı elan olunub

Fabula.az

beynelxalq-man-buker-mukafatinin-qisa-siyahisi-elan-olunub

2005-ci ildən keçirilən və beynəlxalq ədəbiyyat mükafatları arasında böyük nüfuza malik olan “Beynəlxalq Man Buker” mükafatının qısa siyahısı elan olunub.

2016-cı ilin laureatı (“Vegeterian” romanı) Han Kang “The White Book“ romanı ilə yenə namizədlərin siyahısındadır. İraqlı yazıçı Ahmed Saadavinin “Frankenstein in Baghdad” adlı romanı da siyahıya daxil edilib. 2014-cü ildə Ərəb dünyasının ən böyük ədəbiyyat mükafatı laurreatı olan bu roman müharibə ilə yerlə-yeksan olan Bağdadda parçalanmış insan bədənlərini toplayan insandan bəhs edir.  

Beynəlxalq Man Buker mükafatı hər il İngilis dilinə tərcümə edilən kitablara verilir və 50 000 sterlinq pul mükafatı yazıçı və tərcüməçi arasında bölüşdürülür. Laureat bu il 22 mayda elan ediləcək.

 

13 kitab arasında seçlilən 6 kitabın siyahısı:
 

  • Vernon Subutex 1 - Virginie Despentes, tərcüməçi: Frank Wynne (Fransa)
  • The White Book - Han Kang, tərcüməçi:  Deborah Smith (Cənubi Koreya)
  • The World Goes - Laszlo Krasznahorkai, tərcüməçi: John Batki, Ottilie Mulzet ve George Szirtes (Macarıstan)
  • Like a Fading Shadow - Antonio Muñoz Molina, tərcüməçi:  Camilo A. Ramirez (İspaniya)
  • Frankenstein in Baghdad - Ahmed Saadawi, tərcüməçi:  Jonathan Wright (İraq)
  • Flights by Olga Tokarczuk - tərcüməçi: Jennifer Croft (Polşa)

Hazırladı: Mustafa Ruşan

 

 

0