"Game of Thrones" tamaşaçılarına xəbərlərimiz var

Fabula.az

quot-game-of-thrones-quot-tamashacilarina-xeberlerimiz-var

Taxtların oyunları (Game of Thrones) tamaşaçılarına bir pis, bir də yaxşı xəbərimiz var.

Pis xəbər...

Dünya miqyasında fenomenə çevrilən Taxtların oyunlarının (Game of Thrones) müəllifi Corc R. R. Martin 25 apreldə şəxsi bloqunda paylaşdığı bir xəbərlə uzun müddətdir, oxucular tərəfindən intizarla gözlənilən “The Winds of Winter” (Qış küləkləri) kitabının bu il də rəflərdə olmayacağını bildirdi.

Qeyd edək ki, “Buz və alovun mahnısı” seriyasını televiziyadan izləməklə kifayətlənməyən tamaşaçılar hər fürsətdə xeyli ləng yazan Martinə narazılıqlarını çatdırırdılar.

Yaxşı xəbər…

Bu xəbərlə Martin sanki fanatlarına sürpriz etmək istəyib. Corc Martin dediyinə görə, yeni romanı “Fire & Blood” (Alov və qan) 20 noyabr 2018-ci ildə dərc olunacaq. Üstəlik, roman “Taxtların oyunları” fanatlarını təzədən “Westeros”a aparacaq. Kitab “Taxtların oyunları”ndan 300 il əvvəl baş verən hadisələrdən bəhs edir. Kitab təxminən 1000 səhifəlik həcmdə olacaq və Tarqaryen xanədanlığının tarixinə diqqət yetirəcək. Ən maraqlısı isə əjdahalar yenə çox olacaq.

 Martin kitabın üz qapağını və Duq Uitli (Doug Wheatley) tərəfindən hazırlanılan illüstrasiyanı da bloqundan bölüşdü.

Hazırladı: Fəhmin Mirzə

0