Trumen Kapote ilə "Roman sənəti haqqında"

Pati Hill

trumen-kapote-ile-quot-roman-seneti-haqqinda-quot

Fabula.az ustad yazıçıların otağına qonaq olur. İlk qonaq Trumen Kapotedir...

Trumen Kapote Bruklin Haytsda böyük, sarı bir evdə yaşayır. Evini həyatından izlər daşıyan zövq və zərifliklə təzədən restavrasiya edib. Qapıdan içəri girəndə içində taxta aslan olan iri bir qutunun içinə girmişdi.

“Bax budur”, − deyə bağırdı. – Siz heç bu qədər gözəl şey görmüsünüz?

“Çox böyükdür, Onu hara qoyacaqsız?” − deyə soruşdum.

“Niyə soruşursuz? Təbii ki, kaminin yanına”, − dedi. “Mən ətrafı yığışdırası bir nəfər tapım. Siz də qonaq otağına keçin”,  − dedi.

Qonaq otağı Viktoriya dövrünə uyğun dekorasiya edilib. Otaq Kapotenin xüsusi sənət-əşya kolleksiyası və parçalarla doludur. Bu əşyalar cilalı masalara və bambuk rəflərə nizamla yerləşdirilsə də, nədənsə insanda elə bir hiss oyanır ki, sanki bütün bunlar kiçik bir uşağın fikrinin məhsuludur. Məsələn, Rusiyadan gətirilmiş Pasxa yumurtası, dəmirdən hazırlanılmış bir it, feberje dərman qutusu, bərk materialdan hazırlanmış kiçik toplar, mavi keramkalı meyvə, ştamp presi, Bettersi, şəkilli açıqcalar və şəkillər. Bir sözlə, dünya ətrafında bir günlük macəra üçün kifayət edəcək hər şey.

Kapotenin özü də, əslində, bu təsvirlərə çox oxşayır. Qısa boyu, sarıbəniz siması, israrlı baxışı var. Bunlardan əlavə, sevinc dolu qəfil gülüşü var. Yeni tanış olduğu biri ilə münasibəti maraq dolu və dostcadır. Hər şeyə inanan və inanmaya hazır olan biri kimi görünür. Anacaq bir halı da var ki, insanı onu aldatmağın mümkünsüzlüyü fikrinə sövq edir.

Zaldan boğuşma səsi gəlir. Bir qədər keçməmiş ağ sifət, nəhəng bir buldoq ilə Kapote içəri daxil olur.

“Bu da bizim Bunki”, − deyir.

Bunki əyin başımı qoxulayır və otururuq.

Pati Hill 1957.

İlk dəfə nə vaxt yazmağa başladınız?

On, ya da on bir yaşım olardı. Mobil yaxınlığında bir yerdə yaşayırdıq. Şənbə günləri şəhərə, dişçiyə gedərdim. Elə o vaxt “Mobil” qəzetinin təsis etdiyi “Sanşayn” (Sunshine) klubuna üzv oldum. Orada uşaqlar üçün yazı və şəkil adlı boyama səhifəsi vardı. Şənbə günləri günortadan sonra pulsuz koka-kola və nehi paylayıb məclis qurardılar. Qısa hekayə yarışının qalibinə poni, ya da it verəsi idilər. Dəqiq yadıma gəlmir. Ancaq yarışda qalib olmağı çox istəyirdim. Bəzilərinin fırıldaq işlətdiyini görürdüm. Buna görə də “Qoca işgüzar bəy” adlı qısa bir roman yazıb müsabiqəyə qatıldım. Birinci hissəsi bir bazar günü öz həqiqi adımla, Truman Strekfus Persons imzası ilə dərc edildi. Sonra, çox güman, kimsə yerli bir qalmaqalı romanlaşdığımı bildi. İkinci hissəsini dərc eləmədilər. Təbii ki, o vaxt heç nə qazanmadım.

O vaxt yazıçı olmaq istədiyinizdən əmin idiniz?

Yazıçı olmağı düşünürdüm. Ancaq on beş yaşına kimi bu məsələni özüm üçüb müəyyənləşdirməmişdim. O vaxlarda arsızca dərgilərə, üç aydan bir çıxan ədəbi məcmuələrə hekayələr göndərirdim. Sizə bir söz deyim, heç bir yazıçı ilk dəfə qəbul görən yazısını unutmaz. Məndə də elə olmuşdu. On yeddi yaşım var idi. Gözəl bir səhərdi. Poçt qutusunu açdım. Qutudan üç məktub çıxdı. Üç qəbul məktubu. O vaxt başa düşdüm ki, həqiqətən, həyəcandan insanın başı fırlana bilərmiş. Bunu elə-belə deməyiblər.

Yaradıcılığınıza nə ilə başladınız? − şeir, roman, hekayə...

Qısa hekayələrlə başladım. Ehtiraslarımın dəyişməməyinin səbəbi də məhz budur. Qısa hekayələr çox çətin və qayda-qanun tələb edən prozadır. Sahib olduğum idarə etmə və texnikanı qısa hekayələr üzərində işləməklə qazandığımı deyə bilərəm.

İdarə etmə deyəndə nəyi nəzərdə tutursuz?

Üzərində işlədiyiniz vəsaitdə stil və emosional baxımdan quracağınız üstünlüyü nəzərdə tututram. Bunu həssaslıq kimi görənlər də var. Onların nə dediyi, açığı, mənə maraqlı deyil. Necə isətiyirlər, elə düşünsünlər. Mənim düşüncəmə görə, − eyni zamanda inancıma görə − bir mətn nasaz ritmdən – xüsusilə, mətnin axırına yaxın olarsa, − və paraqraf quranda bir səhvdən, hətta yanlış nöqtələmədən məhv ola bilər. Henri Ceyms nöqtəli vergülün ustadıdır. Heminquey elit paraqraf qurucusudur. Vircin Volf qulağa pis səslənən heç bircə dənə də cümlə yazmayıb. Bu təriflədiyim insanlar kimi, yazdığımı zənn eləməyin. Mən təkcə imkan daxilində nə bacarıramsa, onları yazıram.

Qısa hekayələrin texnikaları, priyomları necə inkişaf edir?

Hər hekayənin özünə görə texniki problemləri var. Buna görə də 2+2=4 qaydasını ümumiləşdirməyimiz düzgün olmaz. Hekayə təkcə öz təbiliyində danışılanda doğru formanı alar. Yazıçı yazdığı hekayənin təbii, yoxsa qeyri-təbii olduğunu yoxlaya bilər. Bunun üçün o, mətni oxuduqdan sonra onu başqa cür dizayn, planlaşdıra bilir, yoxsa hekayə xəyal gücünü susturur, sabit və dəyişməz görünür? Hekayəni əsl təbii mühitdə yetişən bir portağal kimi kəsin. Təbiətin qüsursuzca meydana gətirdiyi portağal kimi.

Özünü inkişaf elətdirmətin hansısa metodu, yolu var?

Mən təkcə bir yol bilirəm: işləmək. Necə ki rəsmdə işıq-kölgə qaydaları var. Yazı prosesinin də bunun kimi özünəməxsus qayda-qanunları var. Doğulanda bunları bilirsizsə, onda söz yox. Ancaq bunları bilmədən doğulmusunuzsa, mütləq öyrənin. Sonra isə bu qaydaları özünüzə uyğun tənzimləyin. Qayda-qanunlara məhəl qoymayan Coys belə bənzərsiz bir sənətkardı. Coys “Dublinlər”i yazdığına görə “Uliss”i yazmağı bacarıb. Bir çox yazıçı qısa hekayə yazmağı barmaq gimtastikası kimi görür. Belə olan halda onların təkcə barmaqları gimtastika edir.

İlk vaxtlar sizi bu işə sövq edənlər var idimi? Vardısa, onlar kimlər idi?

Tanrım! Bağışlayın, ancaq bu suala cavabım bir dastan qədər uzun olacaq. Onu deyim ki, çoxlu “yoxlar” və bir neçə də “hə”lər eşidəcəksən. Uşaqlığımın böyük hissəsi əyalətdə, mədəni səviyəsi az olan insanların arasında keçdi. Geniş çərçivədən baxanda bu çox da pis bir şey deyil. Burada gənc yaşımda axına qarşı üzməyi öyrəndim. Həqiqətən, bəzi sahələrdə möhkəm əzələlər yığdım. Xüsusilə, həyatda düşmənlərimi necə məğlub etməyim haqda. Bu, həyatda dostların qədrini bilmək qədər vacib və dəyərlidir. Dediyim bu mühitdə mənə fərqli baxırdılar. Məni axmaq kimi görənlər də var idi. Bu isə məni çox incidirdir, əsəbiləşdirirdi. Bu gün belə məktəblərə qarşı nifrətim var. Çünki o vaxtlar tez-tez məktəb dəyişdirirdim. Nifrətimə görə hər il ən rahat fənlərdən belə kəsilirdim. Həftədə ən azı iki dəfə məktəbə getmirdim. Evdən çox qaçırdım. Bir dəfə qarşı qonşumuz olan bir qızla qaçdıq. Məndən yaşda böyük idi. Sonradan çox məşhurlaşdı. Çünki bir dəstə adamı öldürdü. Və axırda Sinq-Sinq həpsxanasındakı elektrikli stulda əyləşdi. Sonralar onun haqqında bir nəfər kitab yazdı. Ona “Yalnız qəlblərin qatili” deyə ləqəb taxdılar.

Hələ də o mühitdə gəzişirdim. Axırda nəsə oldu. Dəqiq yadımda deyil. Ancaq səhv eləmirəmsə, on iki yaşında idim. Getdiyim məktəbin direktoru valideynlərimə baş çəkməyə gəlmişdi. Orada onlar valideynlərimə bəzi “tövsiyələr” vermişdilər. Mənim anormal olduğumu, zəkamın inkişaf etmədiyini demişdilər. Məni əqli cəhətdən zəif olan uşaqların oxuduğu məktəbə göndərilməsini təklif eləmişdilər. Çünki onların məktəbində mənim ehtiyacım olan “ləvazimat”lar, “vasitə”lər yox imiş.

Ailəmin, açığı, nə düşündüyünü bilmirəm. Amma mənim gördüyüm o idi ki, bu söhbət onların heç xoşuna gəlməmişdi. İQ-mı yoxlamaq üçün məni cənubdakı bir klinikaya göndərdilər. Orada əla vaxt keçirtdim. Üstəlik, nə oldu bilirsiz? Elm məni üstün zəkalı elan etdi. Səhv kimdə idi bilmirəm: buna inanmaq istəməyən köhnə müəllimlərimdəmi, yoxsa mənə inanmayan ailəmdəmi? Ailəm təkcə mənim hamı kimi, normal olduğumu eşitmək istəyirdi. O vaxtlar sevincimdən sanki göylərdə uçurdum. Aynanın qabağına keçir, özümü Flaubertlə eyni səviyyədə görür, dövrün qəhrəmanları Mansfild, Prust, Çexovun yanına özümü də qoyurdum.  Dəhşətli ehtiras və ciddiliklə yazmağa başladım. Hər gecə səhərə kimi yazmağa çalışırdım. Beləcə, neçə il düz-əməlli yatdığımı xatırlamıram. İçkinin məni rahatladığını bilənə kimi bu, belə davam elədi. Çox vaxt günorta vaxtı içərdim. Sonra ağzımdan iy gəlməsin deyə təravətləndirici, saqqız çeynəyirdim. Vaxt keçdikcə yemək yeyəndəki halım, davranışlarım, sakitliyim ətrafımdakıları narahat etməyə başladı. Qohumlarımdan biri: “Səni bu qədər yaxşı tanımasam, sərxoş olduğuna and içə bilərəm”, − demişdi. Bu balaca komediya çox davam eləmədi. Həqiqət üzə çıxdı. Evdə bir qiyamət qopdu ki, gəl görəsən. Ondan sonra aylarla ağzıma bir damcı belə içki vurmadım. Ancaq çox keçmədi ki, yenə “yoldan çıxdım”.

Davamı:https://bit.ly/2JsGNTi 

Tərcümə: Fəhmin Mirzə

 

 

 

0