“Pəncərədəki qadın” – Emi Adams

Fabula.az

penceredeki-qadin-emi-adams

A.C.Finnin (A.J. Finn) “Nyu-York Tayms” çox satılan kitablar siyahısından uzun müddət çıxmayan və 38 dilə tərcümə edilən “Pəncərədəki qadın” (“The Woman in the Window”) romanı ekranlaşdırılır.

Filmin rejissoru Yen Makuenin (Ian McEwan) “Kəffarə” (“Atonement”) və Tolstoyun “Anna Karenina” romanlarını ekranlaşdıran Co Raytdır (Jow Wright). Baş rolda isə “Arrival”, “American Hustle”, “Nocturnal Animals” filmlərindən tanıdığımız Emi Adamsdır (Amy Adams). Filmin ssenarisi etibarlı əllərə verilib; romanı 2008-ci ildə teatr sahəsində “Pulitser” mükafatı alan, aktyor kimi də tanınan Treysi Lets (Tracy Letts) ssenariləşdirəcək.  

Hazırladı: Mustafa Ruşan

Fabula.az

0