İyun Li ilə hekayədə fərdi və ictimai hadisələr haqqında

Kressida Leyşon (Cressida Leyshon)

iyun-li-ile-hekayede-ferdi-ve-ictimai-hadiseler-haqqinda

Kressida Leyşon: -Bu həftə dərc olunan “Nöqsanız sükut” adlı hekayədə hadisələr ABŞ-da, 2016-cı il prezident seçkilərindən sonra baş verir. Hekayənin fonuna seçkiləri qoymağınızın səbəbi nədir?

- İyun Li: - Elizabet Bouenin “Ali cəmiyyət” ifadəsindən xoşum gəlir. Üst təbəqəyə mənsub insanlar haqqında həm oxumaqdan, həm də yazmaqdan xoşum gəlir, ələlxüsus da süjetdə gərginlik kritik səviyyəyə çatanda... 2016-cı ilin prezident seçkiləri təkcə ölkədə deyil, bütün dünyada əks-səda doğurdu, bu hadisə hətta qohum-əqraba, dost-tanış, ər-arvad münasibətlərinə də təsir elədi. Bu bizə yad bir durumdu. Mənə maraqlı idi, görəsən, belə bir mühitdə personajlar dəyişəcəklər, yoxsa özlərinə yeni məhdudiyyətlər qoyacaqlar?   

- Hekayənin əsas qəhrəmanları Min və Riç cütlüyüdür. Cavanlıqda Çindən ABŞ-a köçüb 9 yaşlı əkiz qızları ilə birlikdə Kalirforniyada yaşayırlar. Min Klintona, Riç isə Trampa səs verir. Bir yazıçı olaraq siz kimin kimə səs verəcəyini əvvəlcədən bilirdiz? Bu seçimin ailədaxili gərginliyi artıracağını, yoxsa münasibətlərinə aydınlıq gətircəyini təxmin edirdiz?

- Ər-arvadın ayrı-ayrı namizədlərə səs verəcəyini əvvəlcədən bilirdim. Bunu onlar da bilirdilər. Onsuz da, ailədaxilində sürtüşmələr vardı, amma Minin dediyi kimi: “Evlilik hava kimidir”, - onlar isə “hava durumu”nu təxmin etmək üçün bir-birilərini kifayət qədər yaxşı tanıyırdılar. Ancaq prezident seçkilərinin aralarındakı ziddiyyəti ictimailəşdirəcəyini əvvəlcədən təxmin etmək çətin idi. Doğma övladlarını artıq ikili həyat tərzinə çoxdan öyrəşmişdilər.

- Hekayədə ictimai hadisələr 2016-cı ildə hamıya məlum olan sadə faktlardan ibarətdir. Bu faktlar fərdi hadisələrlə - Minin Pekində qoca ilə tanış olması, onun gənclik illəri və bu qocanın Minlə ünsiyət qurma istəyi və s. xatirələrlə kəsişir. İcitima və fərdi hadisələri birləşdirmək çətin oldumu? 

- “İndiki zaman”la işləməyə məcbur qalanda bəzən təşvişə düşürəm. 1941-ci ilin 31 dekbarında, intiharına az qalmış Stefan Sveyq bir məktubunda yazır: “Əslində, qələmə alınası “hekayələr” azdır, çünki bizim fərdi həyatımız çox da vacib deyil, ictima məsələlər isə kifayət qədər yaxşı işıqlandırılıb”. Əgər ofisin divarında lövhə asası olsaydım, məhz bu sitatı seçərdim. Çünki bizə elə gəlir ki, bizim fərdi həyatımız əhəmiyyət kəsb etmir... “İndi”nin qurbanına çevrilməmək üçün mərkəzə fərdi oturtmağa çalışıram. Bu mənim “indi” ilə mübarizə metodumdur. Fərdi və ictimai hadisələrin kəsişməsi və bu kəsişmənin doğurduğu problemlərdən biri də odur ki, “fərdi təhkiyə” eqosentrikdir, diqqət tələb edir və mərkəzdə olmağa çalışır. Belə hallarda hekayə onu rədd etməyə məcbur olur, çünki özünü müdafiə etməlidir.

- Min ilk dəfə qocaya Pekində rast gəlir. Orada o Minə Amerikada yaşayan oğlu ilə ailə qurmağı təklif edir. Zahirən, birinci görüşdə elə bir böyük hadisə baş vermir, lakin Min hiss edir ki, qocanın fikri başqadır. Niyə bu, Mini bu qədər hövələdən çıxarır?

- İctimai hadisələrin təsvirində qocanı asanlıqla qovmaq, ya da ifşa etmək olardı. Lakin Min elə bir personajdır ki, o dərhal məsələni anlayır və ehtiyatla hərəkət etməyə başlayır. Mənə elə gəlir onu hövsələdən çıxaran məhz budur. Ərinə qoca haqda bir söz demir, beləcə, o, ləyaqətini az da olsa, qorumağa çalışır. Lakin bu, Mini “qocanın hüdudsuz təxəyyülünün” subyektinə çevirir.     

- Minin Riçə ərə getməsinin əsas səbibi aralarında güclü hislərin, ehtirasın olmamasıdır. Min qoca ilə qarşılaşmasaydı, başqasına ərə gedərdi? İnsanın keçmiş xatirələri gələcəyinə təsir edə bilər?

- Hekayənin sonunda Min Çində başqa bir ailənin xəyalını qurur. Ancaq xəyaldakı ailə indiki ailədən fərqlənmir. Ola bilsin, onu bu yolu seçməyə vadar edən, məhz qoca idi. Amma mən hələ də onun gələcəyi barədə ümidliyəm. Hekayədəki son sözləri onun indiyədək dilə gətirdiyi ən güclü sözlərdir. Bu, vərdiş etdiyim bir hal deyil, amma son sözlərin kimə ünvanlanacağını bilməsəm də, əvvəlcədən ağlımda vardı.

- Sizcə Tramp hakimiyyətinin ilk on altı ayı Min və Riçin evliyinə necə təsir edəcək? Başqa hekayələrdə də prezidentə yer verməyi düşünürsüz?

- İlk on altı ay əsl cəhənnəmdi. Dünya gələcək haqqında bir proqnoz verə bilmirdi, belə bir şəraitdə Minlə Riç ailələri barədə necə proqnoz versinlər? Mənə elə gəlir, onların münasibətləri daha da “kövrəkləşdi”. Çox güman, Min qızları ilə birlikdə Riçi hələ çox əsəbləşdirəcək. 

Prezidentə bir əsərdə də yer vermişdim. Hazırda yazdığım romanın bir fəslində əsəsrin baş qəhrəmanı dünya ilə, həmçinin prezidentlə bağlı müşahidələrini qeydə alır. Ancaq onun Tramp haqqındakı sözləri digərləri ilə müqaisədə o qədər maraqsız idi ki, sildim.

Mənbə: newyorker.com

Tərcümə etdi: Mustafa Ruşan

 

0