Beynəlxalq “Buker” mükafatının laureatı elan olunub

Fabula.az

beynelxalq-buker-mukafatinin-laureati-elan-olunub

Londonda 2018-ci il Beynəlxalq “Buker” mükafatı laureatının adı elan olunub. Nüfuzlu mükafatın bu ilki qalibi polşa yazıçı və şairəsi Olqa Tokarçukdur (Olga Tokarczuk). Tokarçuka mükafat onun “Bieguni” (“Qaçıcılar”) adlı romanına görə verilib. Roman ingilis dilində “Uçuşlar” (“Flights”) adı ilə çap olunub.  Xatırladaq ki, ənənəvi olaraq mükafat həm də romanın tərcüməçisi olan Cennifer Krofta da (Jennifer Crof) verilib.

“Qaçıcılar” romanı bir-birilə bağlı olan səyahət və insan anatomiyası temalarının fraqmentlərindən ibarətdir. Hadisələr XVII əsrində başlayaraq müasir dövrdə sona çatır. “The Financial Times” romanı “müasir dövr üçün yazılan fəlsəfi nağıl” adlandırıb. “Qaçıcılar” romanı eyni zamanda Polşada “Nike” ədəbiyyat mükafatının da qalibidir.

Əlli altı yaşlı Tokarçuk Beynəlxalq “Buker” mükafatını qazanan birinci polşa yazıçısıdır.




Hazırladı: Mustafa Ruşan

0