Kurt Vonnequt adlı bir nəfər

Fabula.az

kurt-vonnequt-adli-bir-nefer

Kurt Vonnequtun Norman Meylerlə zarafatyana yazdığı məktub iki məşhur yazıçının dostuluğuna səbəb olur.  

Norman Meyler 1940-cı illərin axırları İkinci Dünya müharibəsindəki təcrübələrini qələmə aldığı “The naked and the dead” (Çılpaq və ölü) əsəri ilə ədəbiyyat dünyasında məşhurlaşdı. 1959-cu ildə onun “Advertisements for myself” (Özümün reklamları) əsəri çap olundu. Esse, qısa roman və hekayələrdən ibarət bu əsərdə Meyler hər fəsildə reklam adlandırdığı avtobioqrafik məlumat və izahlar yazmışdı. Əsər çap olunandan bir müddət sonra Kurt Vonnequt Meylerə bir məktub yazaraq reklamlar üçün bir lətifə məsləhət gördü. Onda Vonnequt hələ məşhur əsərini qələmə almamışdı.

"29 dekabr 1959-cu il.

Qərbi Barnsteybl, MA

Cənab Meyler!

Bir az əvvəl reklamlarınızı oxuyub qurtardım. Əksəriyyətini tövsiyənizə uyğun iki dəfə oxudum. Buna görə onları tullayın getsin.

Sizə bundan sonrakı kitabda istifadə edəcəyiniz bir lətifə tövsiyə edirəm. Bu sizinlə əlaqəlidir.

Bir dəfə Provinstaundakı Kommersial küçəsindəki evimdə siz, Sini və Billi qonağım idiz. Hələ məşhur bir yazar olmasam da, dolana bilirdim. İndianapolisli qayınanam da bizdə idi. İkiniz də sərxoş olmuşduz. Siz bir müddətdən özünüzə gəldiniz. Verandada dayanmışdız və hara gedəcəyinizə qərar verməyə çalışırdız. Qayınanam isə içəridə sizdən təqribən iki metr aralı idi. Aranızda açıq pəncərədəki pərdə vardı. Qayınanam əsəbi halda yüksək səslə mənə belə dedi: “Məncə, sən ondan daha şirinsən.” Mən də əlimlə ağzımı tutdum. Sonra Norman Meylerin bu sözü eşitmədiyini düşündük. Ən azından belə zənn edirdik.

Gördünüz? Bu bir həqiqətdir ki, mən sizdən daha şirinəm.

Hörmətlə

Kurt Vonnequt, adlı bir nəfər"

Bu məktub Vonnequtun, demək olar, bütün kitablarında rastlaşdığımız incə zarafatlar üslubunu göstərir. Üstəlik, onun dünya şöhrətli yazıçı olandan sonrakı təvazökarlığına da bir nümunədir.  

Meyler və Vonnequtun bu dostluğu ömür boyu davam etdi.  Onlar hətta bir vaxt növbə ilə PEN Amerikanın başçısı və köməkçisi oldular.

Tərcümə etdi: Tahir Ağa

Fabula.az

0