Qadın

Günel Rəcəb

qadin

Gözlərində kədərmidir,

Uşaqmıdır ölən, qadın?

Başın salıbsan aşağı

Pərt olmusan niyə, qadın?

 

Hansı sözdür belə ağır?

Daşımağa gücün çatmır?

Cənnəti vəd verən Tanrı

Qorumağa gücü çatmır.

 

Bətnin qan çanağıdır.

Öz qanında boğulursan.

Günahının bədəlidir

Göz yaşında boğulursan.

 

Boynun büküb durma belə,

Sən qır bütün buxovları.

Sənə qalxan o əlləri

Burax, qadın, burax belə.

 

Tənhalıqdan qorxma saqın,

Tanrı da tək yaşar, qadın.

Sən Adəmçün yaranmadın,

Sən özünçün yaşa, qadın.

 

Fabula.az 

 

0