Klassiklərin ən qısa və ən amansız xülasələri...

Fabula.az

klassiklerin-en-qisa-ve-en-amansiz-xulaseleri

Con Atkinson klassik kitabları çox qəribə dildə, az sözlə xülasə edən layihənin rəhbəridir.  İllüstrasiyalarla bəzədilmiş  bu qəribə xülasələri “Qısaldılmış klassiklər” (Abridged Classics) adı ilə tərcümə edib kitabına salıb. Biz də  Atkinsonun bir neçə əsərini seçdik və onları dilimizə çevirdik.

Atkinsonun əlinə düşən usta yazarlar  işlərini bu cür xülasə etdiklərini eşitsələr, yəqin, məzarlarında çevrilərdilər.  Ancaq bu qüsursuz xülasələrə baxanda bizdə gizli bir zövq formalaşır. Bunu inkar etmək çətin məsələdirdir. Klassikalar haqqında "Diqqətli olun!" xəbərdarlığı qeyri-adi səslənsə də, bu dəfə buna diqqət yetirin!

Karamazov qardaşları: Qardaşların hamısı bir-birindən dəlisov, döyüşkəndir. Ataları da həmçinin. Rusiya da onlardan fərqli deyil.

Çovdarlıqda uçurumdan qoruyan: Uşaq hər şeydən gileylənir. Qırmızı papağı var.

Hərb və Sülh: Hər kəs bədbəxtdir. Qar yağır.

Qəzəb salxımları: Fermerlik dəhşətli şeydir. Səfər gözlənilir. Səfər də qorxuludur!

1984: Distopik gələcəyin proqnozu. (İndi adi ikinci günlərdən fərqlənmir)

Milçəklərin hökmdarı: Yorğun gənclər hər işdə zaydırlar. Bircə özlərini öldürməkdən başqa.

Don Kixot: Adam nə qədər dəli olmalıdır ki, dəyirmana hücum çəksin.

Mobi Dik: İnsan balinaya qarşı. Balina udacaq.

Uliss: Dublin. Nəsə... Nəsə heç bitməyən cümlə.

Gün yenə doğacaq (Heminquey): İtmiş nəsil başını itirər. Hələ də itkinlər.

Cinayət və cəza: Qatil vicdan əzabı çəkər. Sonra hər şeyi etiraf edər. Həpsə girər və rahatlayar .

Cəhənnəm (Dante): Bütün cəhənnəm boş qalır.

Tufanlı yuxuşlar: Qardaş və bacı aşiq olurlar. Ətraf sis-dumandır.

Odisseya: Qoca döyüşçü heç cür evinə qayıda bilmir. O da gedir hamını öldürür!

Uolden, yaxud meşədə həyat: Kişinin biri çöldə iki il gözləyir. Ancaq heç nə baş vermir.

Beovulf: Qəhrəman əjdahanı öldürür və s. Əjdaha da qəhrəmanı öldürür.

 

Hazırladı: Fəhmin Mirzə

 

 

 

0