​​​​​​​Qrimm qardaşları: siyasət, nağıllar və hüquq

Nadejda Çekasina

qrimm-qardashlari-siyaset-nagillar-ve-huquq

Yəqin, hamı uşaqlıqda Qrimm qardaşlarının nağılları ilə tanış olub. Qrimm qardaşları xalq mahnıları, əfsanə və nağılları toplamaqla məşğul idilər. Onlar öz həyatlarını bu işə həsr etmişdilər. O dövrdə bir çoxları folklor toplamaqla məşğul olsalar da, Qrimm qardaşlarının əməyi digərlərindən xüsusi fərqlənirdi. Çünki onlar şifahi ədəbiyyat nümünələri olan nağıl, əfsanə və nəğmələri təhrif etmədən, bədi-ədəbi formaya salmadan olduğu kimi qeydə alırdılar.

Qardaşlar erkən yaşlarda yetim qalırlar bu səbəbdən ailəyə dəstək vermək üçün müxtəlif işlərdə çalışırlar. Bu, onların tədqiqatına mane olsa da, yoldan dönmürlər və tezliklə elmi dairələrə yol tapırlar.   

Adətən “Qrimm qardaşları” deyəndə təkcə Yakob və Vilhelm nəzərdə tutulur. Əslində isə, hüquqşünas Filipp Qrimmin ailəsində onlardan başqa yeddi uşaq daha vardı. Onlardan səkkizi oğlan idi. Bəziləri körpə yaşlarda vəfat etmiş, bəziləri isə müxtəlif sahələrdə yüksək nailiyyətlər əldə etmişlər. Məsələn, Lüdviq Emil Qrimm məşhur oymaçı idi. “Qrimm qardaşlarının nağılları” kitabının ilk çapına illüstarsiyalar məhz o çəkmişdir.       

Lüdviq Emilin Qrimm qardaşlarının kitbı üçün hazırladığı qravyura

Qardaşlardan bir-birinə ən yaxın olanları məhz Yakob və Vilheym idi. Aralarında bir yaş fərq vardı. Bir-birini yaxşı başa düşürdülər, ikisi də aşiqləri idi.

İyirmi yaşlara çatanda artıq xeyli atalar sözləri, məsəl və xalq nağılları toplamışlar. Hadisələr əleyhlərində cərəyan etsə də, arzuların izində gedirdilər. Ataları öləndə Yokobun on bir yaşı vardı. Ailəni dolandırmaq lazım idi. Əvvəlcə qardaşlar hüquq elmlərinə yönəlmək isyəyirlər, lakin kitab sevgisi yollarını kəsir. Universitetdən məzun olandan sonra kitabxanada işləməyə başlayırlar. Böyük qardaş Yakob bir müddət Napoleonun qardaşı Jerom Bonopartın şəxsi kitabxanasında çalışır. O dövrdə Jerom Vestfaliyanın qrafı idi. Hətta o Yakoba iltifat göstərir, tədiqatda dəstəyini əsirgəmirdi.    

Qardaşlar həyatlarının böyük hissəsini linqvistikaya həsr etmiş, bəzən siyasətlə də toqquşmalı olmuşlar. Yeni kral taxta çıxanda qardaşları mövqelərini açıq elan elədilər. Onlar monarxist olsalar da, Hannover krallığının konstitusiyasını ləğv etmək istəyən yeni kralın əleyhdarlarına - professor heytinə qoşulmuşlar. Professorlardan ibarət olan bu cəmiyyətin adı “Qettinqen yeddisi” idi. Lakin tezliklə cəmiyyətin üzvləri, o cümlədən Qrimm qardaşları universitetdən çıxarılır. Beləliklə qardaşlar ölkəni tərk edirlər.     

 

“Qettinqen yeddisi”. Birinci sırada Vilhelm və Yakob Qrimm qardaşları.

Qrimm qardaşlarına dünya şöhrəti gətirən nağıllar toplusu idi. 1812-ci ildə “Uşaq və ailə üçün nağıllar” kitabının birinci cildi, üç ildən sonra da ikinci cildi çapdan çıxdı. Kitab sadə və anlaşıqlı dildə yazıldığına görə hamının marağına səbəb olur. Əsərə 230-dan çox nağıl və əfsanə daxil edilmişdir. Bu gün bu nağılların əksəriyyətini bütün dünya oxuyur.  

Qardaşlar birlikdə çalışır, birlikdə yaşayırdılar. Onlar ölkənin nüfuzlu professorları idilər. Elmi fəaliyyətlərinə heç vaxt ara vermirdilər.

Alman dilinin lüğətini tərtib etməyə başladılar. Lüğətə 350 mindən çox söz daxil edilmiş, hər sözə geniş izahlar verilmişdi. Nəzərdə tutulan lüğətin həcmi o qədər böyük idi ki, ömürləri tamamlamağ yetmədi. 1859-cu ildə Vilhelm vəfat edəndə onlar təzəcə “D” hərfini bitirmişdilər. Yakob ömrünün axırlarına kimi lüğət üstündə işləməyə davam edirdi. Qardaşının ölümündən dörd il sonra Frucht (meyvə) sözünü tərib edən Yakob masa arxasında dünyasını dəyişdi.   

 

“Zoluşka” nağılına illüstrasiya

“Duet”də əsas “skripka”nı çalan, əlbəttə ki, Yakob idi. Vilhelmi ədəbiyyata və tədqiqata təşviq edən o idi. Tarixdə dağılan alman krallıqlarını klassik germanistika ətrafında birləşdirən faktor məhz qardaşların əsərləri idi. Vahid, hamı üçün anlaşıqlı olan dil yeni dövlətin, tarixi birliyin qurulmasıdan açar rol oynadı.

Yakob elə əsərlər ortaya qoydu ki, avropa mədəniyyətinin inkişafına təsir göstərdi. Onun bir digər görkəmli əsəri “Alman qrammatikası” idi.       

Hazırlayan: Mustafa Ruşan

 

 

1
  • seriyye-sultanova Seriyye Sultanova
    Təzə yazarların əsərini necə oxumaq olar