Oruell mükafatının laureatı elan olunub 

Fabula.az

oruell-mukafatinin-laureati-elan-olunub

Bildiyimiz kimi, iyunun iyirmi beşi Corc Oruellin ad günüdür. Hər il bu tarixdə britaniyalı yazıçının “siyasi mətnləri sənətə çevirmə” şüarına sadiq qalaraq "Oruell Kitab Mükafatlar"ı verilir. Mükafatın builki laureatı Loki təxəllüslü Şotlandiya repçisi Darren Makharvidir (D. MCGarvey). Yazıçıya mükafatı mahnılarını fəhlə sinfinin problemlərinə həsr edən Lokinin “Poverty Safari” adlı avtobioqrafik kitabına görə verilib.

“Qardiyan” (The Guardian) jurnalının verdiyi xəbərə görə, münsiflər heyətinin sədri Endrü Adonis (Andrew A.) deyib: “Oruell yaşasaydı, “Poverty Safari”yə valeh olardı. Kitab memuarla siyasi görüşlərin cəmindən ibarətdir. Yazıçı bu kitabda Britaniya fəhlə sinfinin qəzəbəni anlamağa çalışır”.

1994-cü ildə London Universitet Kollecinin təsis etdiyi "Oruell Kitab Mükafatı" Britaniyanın ictimai məsələlərini işıqlandıran kitablara verilir. Kitabdan əlavə, jurnalistika və bloq kateqorilərində də mükafatlar verilir.

Hazırladı: Mustafa Ruşan

0