Yeni Erkül Puaro: Con Malkoviçi tanıyın

Fabula.az

yeni-erkul-puaro-con-malkovici-taniyin

Aqata Kristinin elə geniş külliyyatı var ki, bütün əsərləri televiziyada göstərilsə, yəqin, ona ayrıca bir kanal ayırmaq lazım olacaq. 

Keçən həftələrdə "Qızıl kitab" etiketi ilə təzədən dizayn edilən "Cinayət əlifbası" kitabı oxuculara təqdim olundu. Məşhur roman BBC-i serialı olur. Əsas xəbərimiz isə Kristinin məşhur detektivi Erkül Puaro obrazını Con Malkoviç canlandıracaq. Serialın adını indidən qeyd edin: The ABC Murders. 

"Cinayət əlifbası"nda hadisələr qurbanlarını əlifba sırası ilə öldürən qatilin ətrafında cərəyan edir. Qatil törədəcəyi cinayətləri, cinayət yerini əvvəlcədən detektiv Erkül Puaroya xəbər verir. Onu, sözün əsl mənasında, məsxərəyə qoyur.  Puaro Hastinqs və Capın köməyinə baş vurur. Onu qısa vaxtda tutmaq istəyir. Ancaq İngiltərənin o baş-bu başında istədiyi cinayəti törədən qatili yaxalamaq elə də asan görünmür... 

"Cinayət əlifbası"nın bu ilin axırlarında televiziyaya çıxacağı gözlənilir. 

Hazırladı: Fəhmin Mirzə. 

0