2018-ci il "Buker" mükafatının uzun siyahısı açıqlandı

Fabula.az

2018-ci-il-quot-buker-quot-mukafatinin-uzun-siyahisi-aciqlandi

Bu il 50 illiyini qeyd edən “Buker” mükafatı haqqında bir neçə xəbər paylaşmışdıq. Xatırlayırsızsa, “Qızıl Buker” mükafatı xalqın səsverməsi ilə “İngilis xəfiyyəsi” (The English Patient) romanın müəllifi Maykl Ondatje seçilmişdi. 

İndi isə növbə 2018-ci ilin “Buker”inin seçilməsinə gəldi. “Buker” mükafatı dünyada ən nüfuzlu mükafatlardan biri kimi qəbul edilir. Buna görə də hər il olduğu kimi, bu ildə “Buker”ə maraq kifayət qədər idi. Bu il ümumilikdə 171 kitab “Buker”in qalibi olmaq üçün müraciət etdi. Bu isə rekord göstəricidir. Artıq 171 kitabdan seçilən 13 kitab 50 min sterlinq dəyərindəki mükafat üçün yarışacaq.  

Komissiya heyətinin sədri Kvame Entoni Appiaha görə, uzun siyahıya qalan romanlar arasında despotizm mövzusunda yazılan romanlar çoxluq təşkil edir. Ona görə, “Bu çox da təəccüblü sayılmamalıdır”. 

“Buker” tarixinin ən yaxşısı seçilən Maykl Ontatje də yeni romanı ilə bu siyahıda öz yerini tutub. İndi isə sizə “Buker” mükafatının uzun siyahısını təqdim edirik... 

•    Snap - Belinda Bauer

•    Milkman - Anna Burns 

•    Sabrina - Nick Drnaso 

•    Washington Black - Esi Edugyan 

•    In Our Mad And Furious City - Guy Gunaratne 

•    Everything Under - Daisy Johnson 

•    The Mars Room - Rachel Kushner 

•    The Water Cure - Sophie Mackintosh 

•    Warlight  - Michael Ondaatje 

•    The Overstory - Richard Powers 

•    The Long Take - Robin Robertson 

•    Normal People - Sally Rooney 

•    From A Low And Quiet Sea - Donal Ryan 

"Buker" mükafatının qısa siyahısı 20 sentyabrda, qalibi isə 16 oktyabrda açıqlanacaq.

Hazırladı: Fəhmin Mirzə

Fabula.az

 

 

 

0