Ədəbi əsərdə təcrübə

Dilara Pınar Arıç

edebi-eserde-tecrube

Ədəbiyyat düşüncənin ötürülməsi prosesidir. Əvvəlcə beyində başlayır. Ədəbi əsərləri meydana gətirmək üçün əvvəlcə beyində məlumat bazası toplanır. Yaşadıqlarımız sevdiklərimiz, darıxdıqlarımız və xəyallarımız toplanır yaddaşda. 
Hər bir əsərdə yaşanmışlıqdan, sevdiklərimizdən, darıxdığımız insanlardan və xəyallarımızdan izlər vardır. Bu izlər silinmədən əsərlərdə yer almışdır.
Yazıçının həyatı, əsəri tənqid etməsində xüsusi yer alır. Yazıçının qələmindən çıxdığı üçün əsər bizə yazıçını anlamaqda kömək edir .

Yazıçının həyatı da ədəbi əsəri qədər önəmlidir. Əsərləri anlamaq üçün yazıçının həyatına baxmaq önəm kəsb edir. Yazıçının həyatı, bizə əsəri anlamaqda işıq tutar və yazıçının ədəbi iqlimində səyahət etdirər. 
Yazıçının həyatı mütləq deyildir, ancaq əsərin daha yaxşı anlaşılması üçün bizə rəhbərlik edər və yazıçılıq mağarasında itməkdən bizləri qoruyar.
Yaşananlar əsərlərdə yer alır. Hər yazıçının bir əsəri yaşadıqlarından bir iz daşıyır. Yazıçının iqlimində səyahət edənlər üçün bu, əhəmiyyətli  fürsətdir. Yazıçını anlamaqda bizə yol göstərir. 
Yazıçılıq sevdası ilə yanıb tutuşanlar üçün də yaşananlar əhəmiyyətlidir. Təcrübə ilə əsərlər daha da püxtələşir və gözəlləşir. Təcrübə olmasa əsərlər inkişaf etməz və təkrarını davam edər.  Bu səbəblə təcrübənin önəmli yeri vardır. 
Təcrübə sayəsində əsərlər inkişaf edir. Bizlərə, daha yaxşı əsərlər yaratmaqda kömək edir. Təcrübə olmasa əsərlər püxtələşməz. 
İllər əsəri dəyərləndirir. Əsərlər illər sonra da varlığını davam etdirirsə, deməli o əsərlər qalıcıdır. Əsəri qalıcı edən də bu dəyərlərdir.

Çevirdi: Sonaxanım Əzizova

Fabula.az

0