Elizabet Gilbertə səkkiz vacib sual 

Fabula.az

elizabet-gilberte-sekkiz-vacib-sual

Uzun illərdir ki, hər yaş və hər təbəqədən oxucular Elizabet Gilbertdən ilham alır və öz yaradıcılıqlarını inkişaf etdirirlər. "Böyük sehr" (“Big Magic”) adlı son kitabı ilə o özünəxas müdrikliyini və yaradıcılığa olan unikal baxışını oxucularla bölüşmək üçün öz itehsalat prosesinin dərin qatlarına dalır. Mənəviyyat və praqmatizm arasında balans quraraq Gilbert bizi daxilimizdəki "gizli xəzinələri" aşkar etməyə dəvət edir. İstər bir kitab yazın, istər incəsənətlə məşğul olun, istər də çoxdankı xəyallarınızı gerçəkləşdirməyə və ya gündəlik həyatınızı daha şüurlu və ruh yüksəkliyi ilə yaşamağa çalışın, "Böyük sehr" kitabı sizə möcüzələrin və xoşbəxtliyin qapılarını açacaq. 

Bu yaxınlarda Elizabet Gilbert "Read It Forward" jurnalının redaktoruna müsahibə verib hər yerdə. Aşağıda həmin müsahibənin tərcüməsi təqdim edilmişdir. 

1. Hansı kitabı hamıya tövsiyə edərdiniz? 

Hafiz Şirazi — "Hədiyyə" ("The Gift"), sufi mistik hekayələr. Bu kitab hamıda olmalıdır. 

2. Öz ideal kitab klubunuzda görmək istədiyiniz üç bədii obraz və ya yazıçı? 

Ceyn Ostin (Jane Austen), çünki o, şən və gözəl idi. Uolt Uitmen (Walt Whitman), çünki xeyirxah idi. Onlar hamı ilə dil tapardılar və insanları dostcanlı və şəfqətli olmağa inandırardılar. Çarlz Dikkens (Charles Dickens), çünki o olan yerdə kimsə oxumaz, ancaq onun hekayələrinə qulaq asardı. 

3. Ən sevdiyiniz söz və səbəbi? Ən nifrət etdiyiniz söz və səbəbi?

"Sevgi", əlbəttə ki, “sevgi”. Mən sevgini sevirəm, "sevgi" sözünü sevirəm və mən hər şeyi sevirəm. Bilirəm ki, avropalı ziyalılar amerikalıları tənqid edirlər ki, biz bu sözü hörmətdən salırıq: həyatdan tut omletə, şəp-şəpə qədər hər şey üçün istifadə edirik. Amma elə bir şey yoxdur ki, mən onu sevməyə can atmayım. Nifrət etdiyim söz isə “həyasızlıq”dır, səbəbini açıqlamağa ehtiyac görmürəm. 

4. Hansı kitabı hədiyyə etməkdən xoşunuz gəlir və kimə? 

Vivian Sviftin (Vivian Swift) "Səyyahlar səyahət etməyəndə" (“When Wanderers Cease to Roam”) kitabını və mən onu hamıya hədiyyə edirəm. Bu, klassik memuardır. Yazıçı akvarelistdir. Kitab onun səyahətlərindən bəhs edir. Sonda Vivian kiçik bir şəhərdə məskunlaşır və bu şəhərə səyahət zamanı Afrika və Asiya ölkələrinə baxdığı kimi baxmağa qərar verir. Bir səyyahın balaca bir şəhərə baxışı; həqiqətən, gözəl kitabdır və insanlara hər şeyə diqqət etməyi öyrətmək üçün yaxşı metoddur. 

5. Uşaqlıqda oxuduğunuz və valeh olduğunuz kitab? 

Laymen Frenk Baumun (L.Frank Baum) “Oz şəhərinin sehirbazı”. Bizdə nənəmdə bir nüsxəsi vardı. Nənəmin çox-çox təriflədiyi Doroti Qeylin – sanki mən idim. Doroti Qeylin Cozef Konradın (Cozef Conrad) "Qəhrəmanın səyahəti" adlı əsərində tez-tez vurğulanan ilk qadın obrazdır. O, səyahət edən əsl mifoloji qəhrəmandır. Mən onu sevirəm. 

6. Uşaqlıqda tanış olub sevdiyiniz müəllif? 

Şair Cek Qilbert (Jack Gilbert). Təəssüf ki, mənimlə heç bir qohumluq əlaqəsi yoxdur. Hansı səhifəsini açsam, məni ruhlandırır. Çünki mən təkcə onun kimi yazmaq deyil, həm də onun kimi yaşamaq istəyirəm. 

7. Həyatınızın qalan hissəsində ancaq bir janr oxumalı olsanız, hansı janrı seçərdiniz? 

XIX əsr İngilis fantastikasını, çünki o “əclaflar” neylədiklərini yaxşı bilirdilər. Yəni demək istəyirəm ki, bu, zirvədir. Şekspirə hörmət etməklə yanaşı, XIX əsri mən ingilis ədəbiyyatının və təhkiyənin zirvəsi hesab edirəm. Bu, İngilis yazıçılarının yaradıcılığı sayəsində izlədiyimiz möhtəşəm tele-seriala bənzəyir. İndiyədək onlara çatan yoxdur. 

8. Ölkədə sevdiyiniz özəl kitabxanalar? 

Aman Allah! O qədər çoxdur ki, hansını sayım?! Amma rəfiqəm Enn Paketti (Anne Pockett) çox sevdiyimə görə, Neşvilldəki “Parnas kitabları”nın (Parnassus Books) adını çəkəcəm. Təkcə böyük kitab evi olduğuna görə deyil. Enn Neşvilldə özəl kitab evlərinin qalmadığını görüb və bu işi öz öhdəsinə götürüb. Rəfiqəm bunu cinayət hesab edir. Bəli, bu, əsl cinayətdir. Gördüyü işi təqdir edirəm! 

 

Müsahibəni hazırlayan: Cessi Eylen (Jesse Aylen) 

Tərcümə etdi: Mustafa Ruşan

0