Olqa Tokarçuk: “Yazıçılıq yoluna ilk addımımı Freydlə atmışam” 

Fabula.az

olqa-tokarcuk-yaziciliq-yoluna-ilk-addimimi-freydle-atmisham

Fabula. az "Buker" mükafatı laureatı Olqa Tokarçukun müsahibəsini təqdim edir...

Hazırda oxuduğum kitab?

Yuval Noy Harari, “Homo Deus” (Yuval Noah Harari, “Homo Deus”). Onun oxuduğum ikinci kitabıdır. Kitab ilhamla doludur, inanılmaz hekayələr üçün yaxşı ideyalar çıxarmaq olar. Heyf ki, Hararini mütaliədən əvvəl artıq Polşada on hekayəmi dərc etdirmişdim.    

Həyatımı dəyişdirən kitab 

Ziqmund Freydin “Zövq prinsipinin o üzündə” (Sigmund Freud, “Beyond the Pleasure Principle”) əsərini oxuyanda hələ cavan idim və bu mənə insanın öz təcrübəsini izah etmək üçün minlərlə yol olduğunu, hər bir şeyin bir mənası olduğunu və bu, reallığın açarı olduğunu dərk etməyimə kömək elədi. Bu, yazıçılığa atdığım birinci addım idi.   

Yaradıcılığıma təsir edən yazıçı 

Bruno Şuls (Bruno Schulz). Mənə elə gəlir əksər polyak yazıçıları mənimlə razı olarlar: onun çox qəşəng, emosional, dəyərli hekayələri polyak dilini tamam başqa səviyyəyə çıxarıb. Mən onu sevirəm, eyni zamandan ondan nifrət edirəm, çünki onunla rəqabət aparmaq mümkünsüzdür. O, polyak dilinin dahisidir.    

Ən dəyəri bilinməyən kitab 

Boleslav Prusun “Kukla”sı (“The Doll”, Bolesław Prus). Bu sevgi romanı XIX əsr polyak cəmiyyətində olan sosial ayrıseçkiliyindən bəhs edir. O dövr Polşa ədəbi ənənəsi ilə yazılan əla əsərlərdən biridir. Həmin dövrdə yazılan əsərlərlə müqayisə edəndə başa düşürsən ki, nə qədər “ağıllı” kitabdır.   

Mənə təsir edən kitab?

Konkret bir kitab adı çəkə bilmirəm. İki yazıçını seçərdim. Birincisi, T.S.Elliot. Ona yeni yeniyetməlik illərində vurulmuşam. Əvvəlcə onun kitabını kitabxanadan oğurladım, sonra bütün əsərlərini yığmağa başladım. Sevdiyim şeir – Alfred Prufrokun “Sevgi nəğməsi” (“The Love Song”, J.Alfred Prufrock”). İkinci mənə təsir edən böyük şair və esseist Çeslav Miloş (Czesław Miłosz) olub.    

Məni güldürən kitab? 

Leonor Karrinqtonun “Eşitmə borusu”nu (Leonora Carrington, “The Hearing Trumpet”) çox gülməli əsər kimi xarakterizə edə bilərəm. Bu etibarsız bir təhkiyəçinin (bu kitabda o 92 yaşlı qoca qadındır) nəql etdiyi çılğın romandır. Eyni zamanda mənim “Drive Your Plow Over the Bones of the Dead” romanıma da təsir etmişdir. Bu kitabı mən kommunizm dövründə oxumuşam. Xoşbəxtlikdən belə bir dövrdə bu cür ədəbi əsərlər dilimizə tərcümə edilirdi.    

Oxuyub bitirə bilmədiyim kitab?

Ceym Coysun “Finneqan tərzində xeyrat” (James Joyce, Finnegans Wake). Kitab haqqında çox eşitmişəm, amma əsər mənlik deyil. 

Oxumadığıma görə utandığım kitab? 

V.Q.Zebaldın “Saturnun üzüyü” (“The Rings of Saturn”, W.G.Sebald) hələ də plandadır.   

İlk kitab xatirələriniz ?

Altı yaşım olanda valideynlərim mənə nağıllar, eyni zamanda Henrik Senkeviçin tarixi romanları tərzində kitablar oxuyardılar. 

Zövq üçün oxucdğum kitablar?

Stanislav Lemin (Stanisław Lem) elmi fantastikasını oxumaqdan xoşum gəlir. O, həm təskinlik verir, həm də güldürür. Kitablarını oxuyub bitirsəm də, hər dəfə yeni nəsə tapacağıma inanıram. 

Tərcümə etdi: Mustafa Ruşan
 

0