"Man Buker"in qısa siyahısı açıqlandı...

Fabula.az

quot-man-buker-quot-in-qisa-siyahisi-aciqlandi

İngilisdilli ədəbiyyatın ən böyük mükafatlarından olan “Man Buker” mükafatının qısa siyahısı elan olundu. Qeyd edək ki, mükafat üçün 6 kitab yarışacaq.  

Mükafat 45 il ingilis və Birləşmiş Krallığa aid olan ölkələrin yazıçısına verildi. Ancaq 2013-cü ildən qaydalar dəyilişdi. Belə ki, artıq ABŞ, Kanada, Cənubi Afrika, Avstraliya kimi ölkələrin də yazıçıları mükafata yiyələnə biləcəklər. Fabula.az 13 kitablıq uzun siyahını sizə təqdim etmişdi. 13 kitabdan finala 6 kitab çıxdı.  

Finala çıxan kitablar arasında Salli Runinin (Sally Rooney)  “Normal People” kitabı və “Man Buker”ə namizəd olan ilk qrafik roman olan Nik Dransonun (Nick Drnaso) “Sabrina” romanı da var. 

İndi isə sizə 6 kitablıq siyahını təqdim edirik... 

Anna Burns (Birləşmiş Krallıq)  - Milkman 
 
Esi Edugyan (Kanada) - Washington Black 
 
Daisy Johnson (Birləşmiş Krallıq) - Everything Under 
 
Rachel Kushner (ABŞ - The Mars Room 
 
Richard Powers (ABŞ) - The Overstory 
 
Robin Robertson (Birləşmiş Krallıq) - The Long Take 

Qalib kitab 16 oktyabrda elan ediləcək.

 

Hazırladı: Fəhmin Mirzə

 

0