İen Makyuen: “Mən yalançı ideoloji breksit tərəfdarlarından nifrət edirəm” 

Müəllif: Rozanna Qrinstrit 

ien-makyuen-men-yalanci-ideoloji-breksit-terefdarlarindan-nifret-edirem

Buker mükafatı laureatı, Angela Merkel, tennis və onun “Go-Between”ə minnət borcu haqqında... 

İen Makyuen yetmiş yaşındadır. Hempşirdə doğulub, Şərqi İngiltərə Universitetində hüsn-xətt (filologiya) üzrə magistr dərəcəsi alıb. 1976-cı ildə “First Love, Last Rite” hekayə toplusuna görə “Somerset Moem” mükafatına layiq görülüb. İki il sonra isə onun birinci romanı “Cement Garden” çap edilib. “Amsterdam” romanına görə 1998-ci ildə ona “Buker” mükafatı verilib. “Atonoment” və “On Chesil Beach” ekranlaşdırılıb, “The Children Act” romanı isə yaxınlarda kinoteatrlarda ekranlara çıxacaq.      

Nə vaxt xoşbəxt idiniz? 

İyirmi il əvvəl, Londonda, əsərlərim yeni dərc edilməyə başlayanda və yarı ac, yarı tox yaşayanda, buna baxmayaraq, həyatdan həzz alanda.   

Nədən qorxursuz? 

Hündür binanın damından yıxılmaqdan.  

Ən erkən xatirəniz? 

İki yaş yarımda üç təkərli velosipedlə evdən qaçıb qaz zavoduna getmişdim. 

Hal-hazırda həyatda olan və heyran olduğunu insan? 

Angela Merkel... Bütün hücumları dəf edərək o, inklüziv, tolerant, açıq cəmiyyətə inanmağa davam edir.   

Bəyənmədiyiniz cəhətiniz? 

Tennisdə ikinci dəfə top ötürmək. 

Sizi məyus edən nədir? 

Heyvan növlərinin yoxa çıxması, təbii ətraf-mühitin pozulması, iqlimin dəyişməsi. 

Həyatınız ekranlaşdırılsa, sizi kim canlandırsın?  

Klint İstvud.  

Həyatınızı dəyişən kitab? 

Lesli Pouls Hartlinin “Go-Between”i. 13 yaşda oxumuşam. O vaxtlar baş qəhrəmanı Leo ilə aramda güclü oxşarlıq görürdüm. “Atonoment” romanı ona minnət borcumdur. 

Eşitdiyiniz ən qorxunc xəbər? 

Birinci sətirdə qrammatik səhv var...  

Həyatınızın ən böyük sevgisi nə və ya kimdir?  

Əvvəlcə, iki qızın atalığı, sonra da iki oğlanın atası olanda ürəyim sevgi ilə dolmuşdu. 

Sevgini nədir? 

Çox həyəcanverici hissdir. Mən xoşbəxtəm ki, sevdiyim insan, Annalena, həyat yoldaşım olub. 

Həyatda olan nifrət edirsiniz insan ya da insanlar? 

AB-dən çıxmağımıza qol qoyan yalançı ideoloji breksit tərəfdarlarından, pulgir elitadan, həyasız populistlərdən.  

Gördüyünüz ən xoşunuza gəlməyən iş? 

Akademik məzuniyyətdə ikən Kemden Taunda zibil yığırdım.   

Keçmişinizdə nəyi dəyişmək istəyərdiz? 

Qardaşlarımla birlikdə böyümək istərdim. Aramızda yaş fərqi çox idi. 

Keçmişə getmə imkanınız olsaydı, hara gedərdiz? 

Uilyam Şekspirlə, Kristofer Marlo və Ben Consonla tanış olmaq üçün XVI əsrin axırlarına, Londona. 

Necə istirahət edirsiz? 

Dostumla bir badə şərab dağlarda gəzirəm. 

Ölümlə üz-üzə gəlmisiz? 

Qrenada inqilabında, May mitinqində başıma silah dayamışdılar. Məni CIA agenti sanmışdılar.  

Gecələri yuxunuzu qaçıran nədir? 

Quşların səhər nəğməsi və arxasınca başlayan Radio Bi-bi-si. 

Həyatın sizə verdiyi ən böyük dərs? 

İki yaşından sonra heç kim, demək olar ki, dəyişmir. 

 

www.theguardian.com 

Tərcümə etdi: Mustafa Ruşan 

0