Amerikalılar nə oxuyur? 

Fabula.az

amerikalilar-ne-oxuyur

Amerika Birləşmiş Ştatlarının Milli İncəsənət Fondunun (NEA) verdiyi məlumata görə, son beş il ərzində Amerikada şeir oxuyanların sayı təxminən iki dəfə artıb. 2012-ci ildə respondentlərin 6,7% -i şeirlə maraqlandıqları halda, 2017-ci ilin sonuna qədər onların nisbəti 11,7% -ə yüksəlib. 

Tədqiqat həm də pyeslərə marağın artdığını üzə çıxarıb. Hazırda amerikalıların 3,7% -i (2012-ci ildə - 2,9%) pyeslərə maraq göstərir. Bədi ədəbiyyatın isə roman və hekayə janrları daha çox oxunur (41.8%). Amerikalı respondentləri 52,7% -i "hər cür kitab" oxuduqlarını söyləyiblər. Qeyd edək ki, siyahıya təhsil və peşə ədəbiyyatı daxil edilməyib.

Amerikalılar arasında ən çox oxunan dini ədəbiyyatdır. Məlum olub ki, respondentlərin 23%-i dini mətnlərlə maraqlanır. Onun ardınca tarixi (21.8%) və bioqrafik əsərlər (20%), elmi-texniki sahəyə həsr olunan ədəbiyyat (12.9%), qrafik roman və komikslər (6.7%) gəlir. 

Amerikalıların 23,3% -i elektron kitab oxuyur, 16,5%-i isə audiokitablar dinləməyə üstünlük verirlər. 

Mənbə: «Kommersant» — 22.09.2018 

Tərcümə etdi: Mustafa Ruşan

 

0