“Alternativ Nobel"in qalibi elan olunub

Fabula.az

alternativ-nobel-quot-in-qalibi-elan-olunub

Stokholm Xalq Kitabxanasında İsveçin Yeni Akademiyasının ədəbi mükafatının qalibi elan olunub. 

2018-ci ildə “Nobel Ədəbiyyat Mükafatı”na ara verilib. Ancaq bu il yüzdən çox İsveç yazıçısı, aktyor və jurnalisti bir araya gələrək Yeni Akademiyanı təşkil edib və "Ədəbiyyat üzrə alternativ Nobel mükafatı" adlandırdıqları mükafatı verməyə qərar alıblar. 

Oktyabr ayının 12-də mükafatın ilk və son laureatı Stokholm Xalq Kitabxanasında elan edilib. Mükafatın qalibi Yeni Akademiyanın münsiflər heyətinin sədri, müstəqil redaktoru və naşiri Enn Polssonsun (Ann Pålsson) sözlərinə görə, yaradıcılığında "magiya, ümid, terror, sevgi, xəyal və reallığı özündə əks etdirən" əsərlərin müəllifi 81 yaşlı Qvadelupa yazıçısı Mariz Konde (Maryse Condé) olub. 

Konde Karib regionun ən görkəmli yazıçılarından biri sayılır. O, 20-yə yaxın romanın müəllifi və bir çox nüfuzlu ədəbi mükafatların laureatıdır. Nyu-York Kolumbiya Universitetinin professoru olub, hal-hazırda Qvadelupa və Fransada yaşayır. Yazıçı əsərlərində müstəmləkəçiliyin dünyada meydana gətirdiyi təbəddülatlardan və qurbanlarının öz irslərini geri qaytarma cəhdlərindən bəhs edir. 

Mükafatlandırma mərasimi dekabrın 9-da keçiriləcək, daha sonra Yeni Akademiya öz fəaliyyətini dayandıracaq. 

Foto: rts.ch 

Tərcümə etdi: Mustafa Ruşan

0