“Man Buker” mükafatının bu ilki qalibi elan olunub 

Fabula.az

man-buker-mukafatinin-bu-ilki-qalibi-elan-olunub

İngilis dilli ədəbiyyatın ən prestijli mükafatlarından “Man Buker”in qalibi oktyabrın 16-da elan olunub. “Milkman” adlı romanına görə mükafata layiq görülən Anna Barns (A.Burns) 50 min paundla təltif edilib.  

Olduquca eksperimental üslubda yazılan roman 18 yaşlı bir qadının dünyagörüşündən bəhs edir. “The Guardian”ın verdiyi xəbərə görə, “Man Buker”in münsiflər heyətinin sədri Kvame Antoni Appia (Kwame Anthony Appiah) jüri heyətinin indiyədək belə bir mətn oxumadıqlarını söyləyərək romanın dilinin orijinallığını vurğulayıb. 

Əlli altı yaşlı Anna Barns beləcə bu mükafata layiq görülən ilk Şimali İrlanda vətəndaşı ünvanını da qazanıb. 

Bu il “Man Buker”in qısa siyahısına aşağıdakı romanlar daxil idi: 

Esi Edugyan (Kanada) – “Washington Black” 

Deyzi Conson (Daisy Johnson) (Böyük Britaniya) – “Everything Under” 

Reyçel Kuşner (Rachel Kushner) (ABŞ) – “The Mars Room”  

Riçard Pauers (Richard Powers) (ABŞ) – “The Overstory” 

Robin Robertson (Böyük Britaniya) – “The Long Take” 

Foto: sabitfikir.com; launch.theaureview.com 

Tərcümə etdi: Mustafa Ruşan

0