“Man Buker” mükafatının laureatı Anna Barns kimdir? 

Hazırlayan: Yelena Fomina 

man-buker-mukafatinin-laureati-anna-barns-kimdir

Şimali irlandiyalı yazıçı Anna Barns “Milkman” (“Südçü”) adlı romanına görə “Man Buker” mükafatına (The Man Booker Prize) layiq görülüb.  

Yazıçı ABŞ və kanadalı rəqiblərini üstələyərək “Buker”in birinci Şimali İrlandiya laureatı ünvanını da qazanıb. “Milkman” onun dördüncü romanıdır.       

Əlli altı yaşlı yazıçı Belfastda dünyaya gəlib və katolik fəhlə ailəsində böyüyüb. 1987-ci ildə ailə Londona köçüb. Yazıçıya Belfastda keçən illərdən soruşanda o ya cavab vermir, ya da mövzunu dəyişdirir.  

Belfastda etnosiyasi konfliktlərin baş verdiyi dövrdə Anna yaradıcılıqla məşğul olmayıb, amma çoxlu oxuyub və müşahidələr aparıb. Baxmayaraq ki, Aqata Kristi, Enid Blayton və rus nağıllarının xəlitəsinə oxşar əsərlərinin ilk variantları məhz bu dövrdə yavaş-yavaş üzə çıxmağa başlayıb.    

Səksəninci illərin axırlarında Barns Londona köçüb və universitetə daxil olub. Ancaq 30 ildən sonra onda yazıçılıq ruhu oyanmağa başlayıb. O deyir: “Məndə hələlik baş verməyən, lakin çox xoş təəssürat yaradan gələcəyə dair hislər meydana gəlməyə başlamışdı”.   

“Personajlarım özləri yanıma gəlib öz hekayələrini, öz üslublarında danışırlar. Deyəsən, mən bu prosesə müdaxilə edə bilmirəm. Bacardığım bir şey var, ya dediklərini yazıram, ya da yazmıram. Əgər yazmıramsa, yoxa çıxırlar. Elə məhz buna görə mən qələmi əlimə alıram”, – deyir Barns. 

Yazıçının ilk iki kitabı – “No Bones” (“Sümüksüz”) və “Little Constructions” (“Balaca qurğular”) uğur qazanıb. 

“No Bones” əsəri haqqında tənqidçilər deyib ki, Anna bədbəxt bir ailəni Şimali İrlandiyada gedən hadisələrin simvolu kimi təqdim edib. “Mənim fikrimcə, isə əksinə. Süjetə Şimali İrlandiyanı daxil etməkdən başqa yol yox idi. Belə bir kitabda bu reallığı bir kənara atmaq və ya yığışdırmaq ağılsızlıq olardı. Ona görə məsələ ailənin simvolizasiyası deyil, məsələ ondadır ki, zorakılığın nəticələri istənilən yerdə üzə çıxa bilər”, – deyir yazıçı.    

İkinci romanı “Little Constructions” da məhz bu ideya üzərində qurulub. Barnsin sözlərinə görə, bu əsər Şimali İrladandiyanın yarı-hərbi təşkilatından və ya inzibati qərarlardan deyil, insanın daxili dəliliyindən danışır.  

  

Siyasi konfliktlər vaxt keçdikcə cəmiyyətin “psixi xəritəsinə” çevrilərək forma dəyişdirir. Barns öz yaradıcılığında bu xəritəni, xüsuilə şüursuz sayıqlığı və ya stress keçirmiş cəmiyyətin fövqəlehtiyyatlılığını izləyir.    

Buna görə yazıçının bütün romanlarında Belfast universal adsız lokasiya, İrlandiyada hərbi konflikt isə ictimai susqunluğun indikatoruna çevrilib.  

“Milkman” romanında da hadisələr 70-ci illərin Şimali İrlandiyasında keçir. Barns oxucuya görünməz insan olmağın, “maraqlı” insan olmaqdan daha üstün sayıldığı adsız bir şəhər haqqında maraqlı, dramatik süjet təqdim edir.      

Romanın baş qəhrəmanı qadın anasından gizlin sevgilisi südçü ilə görüşür. Lakin bundan xəbər tutan bir qohumu şayiələr yaymağa başlayır. Nəticədə, qadın tezliklə “maraqlı” olmağa başlayır, belə ki, bütün bunlar faciə ilə nəticələnir.    

“İndiyədək heç kim, heç vaxt oxşar bir əsər oxumayıb. Öz təkrarolunmaz üslubla Anna Barns ənənəvi düşüncəyə və ədəbi formalara meydan oxuyur. Acı yumorla yazılan bu əsər qəddarlıq, təcavüz, üsyan haqqındadır” – qeyd edir Kvame Entoni Appina.      

 “Milkman” – dedi-qodu, qebət, səssizlik və məqsədli karlıqdan, ətalətin faciəvi nəticələrindən bəhs edir. 

Fotolar: 1. style.rbc.ru. Müəllif: © FRANK AUGSTEIN - WPA POOL/GETTY IMAGES  

              2. Müəllif: © Eleni Stefanou 

              3. amazon.com 

              4. amazon.com 

              5. amazon.com 

Tərcümə etdi: Mustafa Ruşan 

0




daha çox