Anna Barnsın uzun essesi. “Milkman”ın “Buker”ə layiq görülmə səbəbi

Anastasiya Zavozova (Анастасия ЗАВОЗОВА) 

anna-barnsin-uzun-essesi-milkman-in-buker-e-layiq-gorulme-sebebi

Anna Barnsın essesi. Ədəbiyyat üzrə icmalçı, “Storytel Russia” kitab audioservisin baş redaktoru 

Son altı-yeddi ildir ki, “Buker” özü ilə mübarizə aparır. Təşkilatçıları qeyri-müəyyən bir tərzdə hesab edirlər ki, mükafat təkcə vacib, mühüm və aktual məsələlərə toxunan romanlara deyil, həm də oxunaqlılığı olan vacib, mühüm və aktual romanlara verilməlidir.     

Bu oxunaqlılıqla “Əsl yüksək ədəbiyyat necə olmalıdır?” mücərrəd təsəvvür arasında gedən əzəli mübarizə, bəlkə də, son on il ərzində “Buker”in bütün qısa siyahılarında özünü göstərir.  

Hər dəfə qısa siyahıya, məsələn, məşhurluğuna, toxunduğu problemlərə və romanın gücünə görə iki eyni çəkili roman düşəndə, həmişə adi, orta səviyyəli oxucu üçün oxunaqlılığı çətin olan kitaba üstünlük verilir.  

2015-ci ildə də Marlon Ceymsin (M. James) mürəkkəb, polifonik “A Brief History of Seven Killings” (“Yeddi qətlin qısa tarixçəsi”) romanı Hanya Yanaqiharanın (Hanya Yanagihara) “gəlirli” çox satılan “A Little Life” (“Balaca dünya”) romanını bu cür qabaqlamışdı. 

Keçən il də qısa siyahıdakı romanların ən eksperimentalı – Corc Sandersin (George Saunders) vətəndaş müharibəsinə dair real hadisələrə istinad edən sənədlərlə və xor şəklində həyatın mənasını və sonrasını müzakirə edən yüzlərlə xəyali ölülərin səsləri ilə qurulan “Lincoln in the Bardo” (“Linkoln Bardoda”) adlı mürəkkəb əsəri də eyni məntiqlə seçilmişdi.  

“Buker” münsiflər heyətinin bu ilki sədri Kvame Entoni Appianın sözlərinə görə, yüz ildən sonra qısa siyahıya salınan kitabları oxuyan insanlar, görəcəklər ki, biz “qaranlıq dövrdə” yaşamışıq. Ötən qısa siyahı məhz bu səbəbdən mühüm məsələlərdən bəhs edən kitablarla doludur və təəssüf ki, heç biri də, demək olar, oxucular təmin etmir.     

Esi Eduqianın (Esi Edugyan) “Washington Blak” (“Vaşinqton Blək”) adlı macəra romanı ya qeyri-inandırıcı şəkildə açılan, ya da heç açılmayan süjet düyünləri ilə doludur, romanın özü isə elə bil ancaq bir məqsəd üçün yazılıb: “irqiçilik pisdir” demək üçün.  

Aydındır ki, irqçilik, pisdir, amma Eduqianın romanında Toni Morrison, Cesmin Uord, Kolsin Uaythed kimi ingilis dilli ədəbiyyatın ustadlarının daha dərin, daha dəhşətli və güclü ifadə etdikləri başqa bir fikir yoxdur.  

Deyzi Consonun (Daisy Johnson) “Everything Under” adlı romanı Eduqianın tam əksidir. Romanda olduqca çox aktual mövzular var, olduqca çoxlu məsələlərə toxunulub: Edip əfsanəsinin nağıl edilməsindən, qender flüidliyinə dair mülahizələrdən, dilin təbiətindən, ailəvi çətinliklərdən və Altsheymer xəstələrinin nə yolu (yəni süjet xətti), nə də ağacı olan öz dünyalarında itib-batmalarından...      

Reyçel Kushnerin (Rachel Kushner) romanı da eyni anda bir çox məsələləri əhatə edir: marjinal siniflərin mövqeyi, qadın həpsxanalarında həyat, qadın cinayətləri. Lakin kitabı oxuyub qurtaranda elə bir təəssürat oyanır ki, bu roman ancaq bir şeydən bəhs edir – hər şey pisdir. 

Sadəcə bir çıxış yol təklif etmədən, heç olmasa romanda qoyulan suallara cavab vermədən ancaq qaranlıq bir reallığı təsbit edir. 

 “Overstory” romanın müəllifi Riçard Pauers (Richard Powers) bir neçə dağınıq insan taleyini bir yerə toplayıb bir süjet xəttində birləşdirərək az-çox ənənəvi roman təhkiyəsinə yaxınlaşan yeganə namizəd idi. Roman qədim bir meşənin kəsiminin əleyhinə çıxan bir-birindən fərqli insanların vəhdət təşkil etməsindən bəhs edir. 

Lakin Pauers, çox ləng yazır və görünür, o, personajları insan yox, ağaclar olan bir roman yazmaq niyyətində olub ki, oxuculara: “hökmdar siz deyilsiz” mesajını çatdırsın.  

Rusiyada Pauersin romanın müəllif hüquqları alınıb, tərcüməsi, çox güman ki, 2020-də çıxar.  

Robin Robertsonun mənzum romanı “The Long Take” öz-özlüyündə qəşəngdir. Bu, sözün əsl mənasında, poeziyadır.   

Lakin müharibədən qayıdan və yeni dünya ilə ayaqlaşmağa çalışan insanın həyatını təsvir etmə cəhdləri yeni tema deyil, üstəlik, rus dilli oxucular üçün.  

Anna Barnsın “Milkman” romanı – bu ilin laureatı – struktur baxımından bir qədər Robertsonun romanına yaxındır: Barns aydın nəsr yazır, lakin bəzən, məsələn, abzasları “itirir”, ya da cümlələri durğu işarələrsiz uzatdıqca uzadır.   

Amma bütövlükdə götürəndə bu, elə bir romandır ki, hələ uzun siyahını elan edərkən birinci növbədə aktual mövzulu, “burada və indi” baş verənlərdən bəhs edən romanlara üstünlük verdiklərini elan edən münsiflər heyətinin bütün tələblərinə cavab verir 

Anna Barns şimali irlandiyalı birinci “Buker” laureatıdır. 56 yaşı var. Bu, onun üçüncü romanıdır. Uzun siyahıya düşən üç irland romanı arasında bu, forma baxımından ən mürəkkəb və məzmun cəhətdən ən ciddi olanıdır. 

Barns bir qədər Çayna Myevilin (China Mieville) “The City & the City” romanındakı mental sərhədlərlə bölünən, insan adlarınadək bir-birindən fərqləndirilən iki şəhərə oxşar ölkədə yaşamağın nə demək olduğunu 18 yaşlı irlandiyalı qızın fasiləsiz daxili monoloqu vasitəsilə oxucuya çatdırmağa çalışır.  

Romanı oxumaq çətindir, ona görə yox ki, forma baxımından mürəkkəbdir, sadəcə olaraq o daha çox bir dəfəyə bütün mühüm mövzular haqda yazılan uzun bir esseyə oxşayır. Müəllif insan əlaqələrində soyumadan, cəmiyyətdə təcriddən, iliyədək işlənən qorxu kimi hislərdən gah gülməli, gah da kədərli üslubda danışır, amma olduqca çox uzadaraq.   

Buna baxmayaraq, roman yenə də rus dilində çıxacaq – müəllif hüquqlarını “Eksmo” satın alıb – və bizim oxucular gələn il “o üzdən” gələn səsə qulaq asa biləcəklər. 

tass.ru 

Fotoqraf: Devid Leven (David Levene) / “the Guardian” 

Tərcümə etdi: Mustafa Ruşan

 

 

 

0